İzmirdə küçədə iş adamına silahlı hücum - ANBAAN GÖRÜNTÜ
Türkiyənin İzmir şəhərində yerləşən Alaçatıda silahlı insident baş verib.
Far.Az karar.com-a istinadən xəbər verir ki, hadisə iyunun 4-ü axşam saatlarında qeydə alınıb.
Alaçatı yaxta limanının sahibi, iş adamı Fatih Fil bir kafedə oturarkən naməlum şəxs tərəfindən silahlı hücuma məruz qalıb. Onun ayağından iki güllə yarası aldığı bildirilib.
Hücum edən şəxs hadisə yerindən qaçıb. Ətrafdakıların məlumat verməsi ilə əraziyə polis və təcili yardım çağırılıb. Fatih Filə ilkin tibbi yardım göstərilib və o, Çeşmə Dövlət Xəstəxanasına aparılıb. Həkimlər onun vəziyyətinin stabil olduğunu bildiriblər.
Hazırda hücum edən şəxsin tutulması istiqamətində axtarışlar davam edir.
Qeyd edək ki, Fatih Fil Sakaryanın Sapanca rayonunda anadan olub. Filoğlu Group-un qurucusudur. Bu qrup inşaat, logistika, turizm, mədənçilik, marina xidmətləri və daşınmaz əmlak sahələrində fəaliyyət göstərir.
O, 2013-cü ildə İzmirə köçərək burada yeni şirkətlər yaradıb və xüsusilə Çeşmədə turizm sahəsində böyük sərmayələr qoyub. Alaçatı Yat Limanının operatorudur.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Zərərçəkmiş Laçın sakini: İşğala qədər bizim kənd mütəmadi olaraq Ermənistan tərəfindən atəşə tutulurdu
Ermənistan ordusu tərəfindən Başlıbel əhalisinin məhvinin şahidi olanlar məhkəmədə ifadə veriblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
30 dərəcə İSTİ OLACAQ - HAVA PROQNOZU
-
Bilgəh yolunda 144 nömrəli marşrutla "Mercedes" toqquşdu
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (14.05.2026)
-
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
-
"Gənclik"dəki tuneldə dəhşətli QƏZA - sürücü ağır xəsarət alıb
-
Azərbaycanda 4 ayda sığortaedənlərin sayı 2,2 milyondan çox olub













