Növbəti "Sıfır Tullantı" həmrəylik marafonu 5 İyun – Ümumdünya Ətraf Mühit Gününə həsr olunub
5 İyun – Ümumdünya Ətraf Mühit Günü münasibətilə Qırmızı Ürəklər Fondunun və Kapital Bank-ın təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərəfdaşlığı ilə növbəti "Sıfır Tullantı" həmrəylik marafonu keçirilib.
Xaçmaz rayonunun İstisu qəsəbəsində Xəzər sahil zolağında baş tutan aksiyada ümumilikdə 847 kiloqram məişət tullantısı toplanaraq aidiyyatı üzrə təhvil verilib. Xəzər dənizinin sahilyanı ərazilərinin təmizlənməsinə Kapital Bank-ın Quba-Xaçmaz iqtisadi rayonlarını əhatə edən filial şəbəkələrindən 57 nəfər əməkdaş könüllü olaraq qoşulub.
Aksiyanın əsas məqsədi cəmiyyətə tullantıların düzgün idarə olunmasının və ətraf mühitin təmiz saxlanmasının vacibliyini aşılamaq, eyni zamanda sahilyanı bölgələrin ekoloji vəziyyətinə diqqət çəkməkdir.
Layihə barədə fikirlərini qeyd edən Qırmızı Ürəklər Fondunun prezidenti Yusif Poladov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2024-cü il üçün elan etdiyi "Yaşıl Dünya Naminə Həmrəylik İli"ndə Qırmızı Ürəklər Fondu və Kapital Bank tərəfindən start götürən bu marafon mütəmadi olaraq həyata keçirilir. Məqsəd cəmiyyətimizdə ekoloji savadlılığın və ətraf mühitə qarşı həssaslığın daha da artırılması, eyni zamanda sahilyanı, dağ, meşə ərazilərində təmizliyə riayət olunmasını təbliğ etmək, bu ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq, hər kəsi təbiətə qarşı daha məsuliyyətli davranmağa təşviq etmək marafonun əsas hədəflərindəndir.
Qeyd edək ki, "Red Hearts" – Qırmızı Ürəklər Fondu 2020-ci ildə Kapital Bank-ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlamışdır. Həmin ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən "Red Hearts"ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Qırmızı Ürəklər Fondunun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil ola bilərsiniz.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Təhsilin İnkişafı Fondu və Qırmızı Ürəklər Fondu memorandum imzalayıb
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ HDQ-nin üçüncü təyyarədaşıyan gəmisi Yaxın Şərqə gəlib
-
Muxtar Babayev: Azərbaycan və Türkiyə Cəbrayılda Meşə Təlim Mərkəzi yaradıb
-
Azərbaycanda daha bir həkim vəfat etdi
-
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib
-
Sudanda PUA zərbəsi nəticəsində 15 nəfər ölüb
-
Andorra - Azərbaycan oyunu: Millimizdən üçüncü qol













