İsrail isveçli ekofəalın olduğu gəminin Qəzzaya yaxınlaşmasına icazə verməyəcək
İsrail Müdafiə Qüvvələri göyərtəsində 12 fələstinpərəst fəalın, o cümlədən isveçli ekofəal Qreta Tunberqin olduğu "Madlin" adlı gəminin Qəzza zolağı sahillərinə yaxınlaşmasına icazə verməmək qərarına gəlib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "The Jerusalem Post" qəzeti məlumat yayıb.
Məlumata görə, Şərqi Aralıq dənizinə bir həftə ərzində çatması gözlənilən gəminin Qəzza zolağına yaxınlaşmasına və ya onun sahilində yan almasına icazə verilməyəcək". İsrailin müdafiə naziri İsrael Kats "yaxın vaxtlarda bu məsələ ilə bağlı əlavə qərarlar qəbul edəcək.
İsrailin "Kan" dövlət televiziya və radio korporasiyasının məlumatına görə, İsrail əvvəlcə "Madlin" gəmisinin Qəzzaya gəlməsinə icazə vermək imkanını nəzərdən keçirib.
"The Jerusalem Post"un qeyd etdiyi kimi, belə olan halda fələstinpərəst fəallar "Qəzza zolağında ilişib qalardılar" ki, bu da zolağın dəniz blokadasını poza biləcək presedent yarada bilərdi. Bununla əlaqədar İsrail hərbçiləri "Madlin"in Fələstin anklavının sahillərinə yaxınlaşmasına icazə verməmək qərarına gəliblər.
"Azadlıq flotiliyası" koalisiyasına aid olan "Madlin" gəmisi iyunun 1-də Siciliyadan yola düşüb və Qəzza zolağına uşaq qidası, uşaq bezləri, un, düyü, su filtrləri, gigiyena vasitələri və tibbi avadanlıqlardan ibarət humanitar yardım aparır.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Hava gəmilərinin və onların komponentlərinin uçuşa yararlılığının saxlanılması qaydası təsdiqlənib
Xankəndi, Xocalı və Ağdərə TV və radio yayımı ilə əhatə olunacaq
Boris Titov: Qreta Tunberq iqlim məsələlərinin müzakirəsi üçün yer seçimindən heç nə anlamır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əraqçi: İran zənginləşdirilmiş uranı ölkədən çıxarmaq niyyətində deyil
-
Alyona Əliyeva "Heydər Əliyev və Azərbaycan tarixi" X ümumrespublika bilik yarışından paylaşım edib
-
ABŞ İranın 4 vətəndaşını sanksiya siyahısına salıb
-
Fransa Senatı polisin silah tətbiqinə dair qanun layihəsini təsdiqləyib
-
Tramp Nvidia-nın keçmiş rəhbəri Censen Huanqa ikinci şans verməyə çağırıb
-
Quba Soyqırımı Muzeyi "Bağ-park, monumental və xatirə abidələri" siyahısına daxil edilib













