Zelenski: Vatikanda Trampla 15 dəqiqəlik görüş Ağ Evdəki danışıqlardan daha çox şey verdi
Far.Az xəbər saytı

Zelenski: Vatikanda Trampla 15 dəqiqəlik görüş Ağ Evdəki danışıqlardan daha çox şey verdi


Ukrayna Prezidenti Volodimir Zelenski Vatikanda ABŞ lideri Donald Trampla qısa şəxsi söhbətin digər şəxslərin iştirakı ilə Oval kabinetdə keçirdikləri əvvəlki görüşdən daha məhsuldar olduğunu deyib.

BAKU.WS Report"a istinadən xəbər verir ki, "ABC News" telekanalına müsahibəsində Ukrayna dövlətinin başçısı 15 dəqiqəlik təkbətək görüşü "yaxşı və məhsuldar" adlandırıb.

"Vaxt və fürsət lazımdır. Vatikandakı bu 15 dəqiqəlik təkbətək görüş Oval kabinetdə insanların böyük dairəsindəki görüşdən daha çox şey verdi", - o vurğulayıb.

Oval kabinetdə Trampla ictimai qalmaqalla bitən görüşü şərh edən Zelenski bunun onun üçün çətin olduğunu etiraf edib. O, həmçinin əlavə edib ki, Amerika lideri ilə daha çox qarşılıqlı əlaqə gözləyir.

İki lider arasında görüş aprelin 26-da Roma Papası Fransiskin dəfn mərasiminə onlarla dünya liderinin getdiyi Vatikanda baş tutub. Ukrayna Prezident Ofisi Trampla növbəti görüşün iyunun 15-17-də Kanadada keçirilməsi planlaşdırılan G7 sammiti çərçivəsində baş tutacağını gözləyir.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Zelenski Vatikanda Trampla görüşünü şərh etdi: "Qeyd-şərtsiz atəşkəsə nail olmalıyıq"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər