Uzunömürlü olmaq üçün ideal çəki açıqlanıb
Son dövrün məlumatlarına əsasən, bədən kütlə indeksi (BKİ) insan ömrünün uzunluğunu proqnozlaşdırmaqda mühüm rol oynayır.
Far.Az xəbər verir ki, rusiyalı mütəxəssis Olqa Romaşina "Veçernyaya Moskva" nəşrinə verdiyi müsahibədə bildirib ki, uzunömürlülük üçün optimal BKİ 18,5 ilə 24,9 aralığında hesab olunur. Qeyd olunur ki, uzunömürlü insanlar arasında bu göstərici çox zaman normanın yuxarı həddinə yaxın olur.
"Bu, onu göstərir ki, az miqdarda artıq çəki sağlamlıq üçün faydalı ola bilər," – deyə Romaşina bildirib.
BKİ-ni hesablamaq üçün sadə bir formula var:
Çəki (kq) ÷ boyun kvadratı (metrlə)
Məsələn: 70 kq çəkisi və 1,75 m boyu olan insan üçün:
70 ÷ (1,75 × 1,75) = 22,86
Lakin mütəxəssis xəbərdarlıq edir ki, BKİ hər zaman sağlamlığın dəqiq göstəricisi deyil. Məsələn, əzələli bədən quruluşuna malik idmançılarda bu indeks normadan yüksək ola bilər. Sağlamlığı qiymətləndirərkən fərdi xüsusiyyətlər, fiziki aktivlik və zərərli vərdişlərin olub-olmaması da nəzərə alınmalıdır.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Kəskin hava şəraiti davam edir, Qudyalçaydan sel keçir - FAKTİKİ HAVA
Rayonlara qar və yağış yağır, əksər çaylarda sululuq artıb – FAKTİKİ HAVA
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bakcell" gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib
-
"Sədərək" bazarında səssizlik: Alıcıları hara üz tutublar?
-
ABŞ Azərbaycana minatəmizləmə işlərində yardım göstərə bilər
-
PSV Kevin De Brüyne üçün transfer təklifi göndərib
-
NATO Ukraynaya ABŞ silahları almaq üçün 10 milyard dollardan çox xərcləyib
-
Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib













