Bu ölkələrdən Azərbaycana diri quş və quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub
Bəzi ölkələrdən Azərbaycana diri atların və onlara aid genetik materialların, diri xırdabuynuzlu və iribuynuzlu heyvanların və onlara aid məhsulların, diri quş və quşçuluq məhsullarının idxalı və tranzit daşınmasına məhdudiyyət qoyulub
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Namibiyanın Omaheke, Otyozondupa, Tomas, Hardap, Eronqo regionlarında Atların Afrika, Bolqarıstanın Plovdiv vilayətində xırdabuynuzlu heyvanların çiçək, Fransanın Overn-Rona-Alplar regionunda, İtaliyanın Lombardiya regionunda nodulyar dermatit, Şimali Makedoniyanın Cənub-Şərqi Statistik regionunda Nyukasl, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Uelsin Rexham bölgəsində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması üçün Namibiyadan və zonalaşma prinsipi nəzərə alınmaqla, qeyd olunan digər inzibati ərazi vahidlərindən diri atların və onlara aid genetik materialların, diri xırdabuynuzlu və iribuynuzlu heyvanların və onlara aid məhsulların, diri quş və quşçuluq məhsullarının idxalı və tranzit daşınması ilə bağlı ÜHST-nin "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi"nə uyğun olaraq AQTA tərəfindən müvəqqəti məhdudiyyət tətbiq edilib.
Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Bəzi ölkələrin əyalətlərindən quş və quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub
Bəzi ərazilərdən heyvan mənşəli məhsulların Azərbaycana gətirilməsinə məhdudiyyət qoyulub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bəzi ərazilərdən Azərbaycana quş ətinin idxalına məhdudiyyət qoyuldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı və Abşeronun bir hissəsinə 3 gündür su niyə gəlmir?
-
Binəqədidə təmirə görə iki avtobusun marşrutu dəyişdirildi
-
Beynəlxalq səyyahların Şuşaya səfəri başlayıb
-
Sumqayıtda dənizdə batan 82 yaşlı kişinin meyiti tapılıb
-
Abşeronda hüquqpozmalara qarşı növbəti profilaktik tədbirlər keçirilib - 23 motoxuliqan saxlanılıb
-
Şəmkirdə bazarda ciddi nöqsanlar aşkarlanıb – fəaliyyəti nəzarətə götürüldü













