ADY: Qızılburun-Gilgilçay istiqamətində qatarların hərəkəti bərpa olunub
Far.Az xəbər saytı

ADY: Qızılburun-Gilgilçay istiqamətində qatarların hərəkəti bərpa olunub


Qızılburun-Gilgilçay istiqamətində ciddi zədələnmiş kontakt şəbəkə sistemi qısa müddətdə bərpa edilib, qatarların hərəkəti qrafik üzrə təmin olunub.

“Report” bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-yə istinadən xəbər verir.

Məlumata görə, bu gün saat 04:00-da Qızılburun-Gilgilçay istiqamətində hərəkət edən yük avtomobili idarəetməni itirərək körpüdən aşıb və dəmir yolu xəttinin üzərinə düşüb.

Qeyd edək ki, hadisə nəticəsində həmin sahədə yanğın baş vermiş, Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə briqadası dərhal hadisə yerinə cəlb edilib və yanğın qısa müddət ərzində söndürülüb.

Hazırda dəmir yolu infrastrukturuna dəymiş ziyan müəyyənləşdirilir.

Oxşar xəbərlər

Şabranda yük maşınının körpüdən aşması nəticəsində ölənlərin kimliyi məlum olub - YENİLƏNİB -2
Körpüdən dəmir yolu xəttinə düşərək yanan yük maşınının görüntüləri - VİDEO/YENİLƏNİB
Körpüdən dəmir yolu xəttinə düşərək yanan yük maşınının görüntüləri - VİDEO
Şabranda avtomobil körpüdən dəmir yolu xəttinə aşaraq yanıb, sürücü və sərnişin ölüb - YENİLƏNİB
Şabranda avtomobil körpüdən dəmir yolu xəttinə aşaraq yanıb, sürücü və sərnişin ölüb - YENİLƏNİB - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər