Mürəbbəli çay sevənlərə XƏBƏRDARLIQ
Ənənəvi Azərbaycan süfrələrinin sevimlisi olan mürəbbə illərlə "qonaqpərvərliyin simvolu" kimi təqdim olunub. Xüsusilə səhər yeməklərinin vazkeçilməzi olan bu qida sağlamlıq üçün heç də faydalı sayılmır.
BAKU.WS xəbər verir ki, mürəbbənin tərkibindəki şəkər miqdarı çox vaxt şirniyyat məhsullarını belə geridə qoyur. Bu, ilk növbədə diabet riski olan şəxslər üçün təhlükədir. Hətta tam sağlam insanlarda da insulin müqavimətini artırır, qan şəkərini dalğalandırır.
Mürəbbənin "yapışqan" quruluşu və şəkər tərkibi diş minasını zədələyərək tez çürüməyə səbəb olur. Uşaqlarda bu, daha da sürətlə inkişaf edir. Mütəxəssislərin fikrincə gecə mürəbbə yeyib yatmaq, səhəri diş ağrısı ilə açmaq deməkdir. Bundan başqa, mürəbbə yüksək kalorili məhsuldur.
Pəhriz saxlayanlar, artıq çəkidən əziyyət çəkənlər və qaraciyəri yağlanan şəxslər üçün əlavə risk yaradır. Şəkərin parçalanması üçün mədəaltı vəz daha çox insulin istehsal edir, bu da orqanizmə davamlı stress deməkdir.
Uzun müddət saxlanılan və ya düzgün qaynadılmayan mürəbbələrdə küf, qıcqırma, hətta botulizm riski yarana bilər. Xüsusilə açıldıqdan sonra soyuducuda saxlanılmayan mürəbbələr görünməz təhlükə mənbəyinə çevrilə bilər.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ev şəraitində baş verən zəhərlənmə və 162 şübhəli müraciət: Yayda nədən uzaq durmalıyıq?
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bakcell" gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib
-
"Sədərək" bazarında səssizlik: Alıcıları hara üz tutublar?
-
ABŞ Azərbaycana minatəmizləmə işlərində yardım göstərə bilər
-
PSV Kevin De Brüyne üçün transfer təklifi göndərib
-
CNN: İran Vaşinqtonda Tramp administrasiyası rəsmilərinə hücumlar hazırlayır
-
NATO Ukraynaya ABŞ silahları almaq üçün 10 milyard dollardan çox xərcləyib













