Bu içkilər kişilərdə keçəlləşmə yarada bilər - XƏBƏRDARLIQ
Yay aylarında çoxları sərinlənmək üçün rəngli, qazlı və enerji içkilərinə üz tutur. Amma bu içkilərin görünməyən təhlükələri var, xüsusilə də kişilər üçün. Son araşdırmalar göstərir ki, şəkərli və kofeinli içkilərin tez-tez qəbulu kişilərdə saç tökülməsini sürətləndirə bilər.
BAKU.WS xəbər verir ki, enerji içkilərinin tərkibindəki yüksək kofein, taurin və digər stimulyator maddələr bədəndə stress hormonlarının xüsusilə kortizolun səviyyəsini artırır.
Kortizolun uzunmüddətli yüksək qalması saç köklərinə mənfi təsir edir, onların zəifləməsinə və nəticədə tökülməyə səbəb olur. Kofein həmçinin yuxusuzluq, əsəbilik və orqanizmdə su itkisi kimi fəsadlara yol açır ki, bunlar da dolayısı ilə saç itkisini artıran amillərdir.
Təkcə enerji içkiləri deyil, rəngli qazlı içkilər də saç üçün zərərlidir. Bu içkilər çox yüksək miqdarda şəkər ehtiva edir. Mütəxəssislərə görə, şəkərin orqanizmdə insulini kəskin şəkildə qaldırması hormonal pozğunluqlara səbəb olur. Bu da kişilərdə testosteronun DHT adlı daha aqressiv formaya çevrilməsinə gətirib çıxarır. DHT isə saç köklərinin zəifləməsinin əsas səbəblərindən biridir.
Çin Xalq Respublikasında Tsinghua Universitetində aparılan 2023-cü il tarixli bir araşdırmaya görə, gündəlik olaraq şəkərli içkilər qəbul edən kişilərdə saç tökülməsi riski 30 faizədək daha yüksəkdir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Saç tökülməsini dayandırmağın YOLLARI
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Suyun müalicəvi gücü: "Nine Senses"də yeni texnologiya sağlamlığın bərpasına necə kömək edir?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pentaqon Yaxın Şərqdə 20-dən çox gəmi cəmləşdirib
-
"United Airlines" şirkətinin işində iri miqyaslı nasazlıq yaranıb
-
"Bakcell" gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib
-
"Sədərək" bazarında səssizlik: Alıcıları hara üz tutublar?
-
ABŞ Azərbaycana minatəmizləmə işlərində yardım göstərə bilər
-
PSV Kevin De Brüyne üçün transfer təklifi göndərib













