Rezidenturaya ixtisas seçimi başlanıb
Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi başlanıb
Bu barədə BAKU.WS-ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, namizədlər müsabiqədə iştirak etmək üçün avqustun 13-dən 17-dək https://www.e-gov.az/az/services/read/3149/1 internet səhifəsinə daxil olaraq ixtisas seçimi edirlər.
İxtisas seçiminə rezidenturaya qəbul imtahanındakı nəticələri Mərkəz tərəfindən müəyyən edilmiş müsabiqə şərtini ödəyən – ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında 50 və daha çox bal toplayan namizədlər buraxılırlar.
Müsabiqəyə buraxılan namizəd bitirdiyi baza ali tibb təhsili istiqamətinə uyğun ixtisasları seçir, sonra onların kodlarını öz elektron ərizəsindəki ixtisas seçimi formasına istədiyi ardıcıllıqla daxil edib təsdiqləyir. Seçilmiş ixtisasların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı əsas kimi götürülür və namizəd qəbul imtahanında topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.
"Rezidentura" jurnalının 3-cü nömrəsində "Namizədin elektron ərizəsi"ndə ixtisasların seçimi və təsdiqi üçün təlimat, "Namizədin elektron ərizəsi"ndə ixtisas seçimi formasının nümunəsi, rezidenturaya qəbul aparılan ixtisaslar və onların plan yerləri dərc edilib.
Qəbul aparılan klinik bazalar haqqında ətraflı məlumatla buradan tanış ola bilərlər.
Avqustun 10-da keçirilən imtahanda iştirak edən 901 namizəddən 610 nəfəri müsabiqə şərtini ödəyərək (50 və daha çox bal toplayaraq) ixtisas seçiminə buraxılıb.
Oxşar xəbərlər
İkinci cəhdə qeydiyyat BAŞLADI
Ali məktəblərə ixtisas seçimi başlayıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Magistraturaya ixtisas seçimi başlayıb
Doktorantura və dissertantura səviyyəsində xarici dil və fəlsəfə doktoru imtahanı keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kim Çen Inın öldüyü iddia edilir – Hakimiyyət bacısına keçib?
-
Serbiya və Azərbaycan idman sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib
-
Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi
-
Fransada yeni etiraz aksiyasının tarixi AÇIQLANDI
-
Tramp Fransadakı kütləvi iğtişaşların səbəbini immiqrasiya siyasəti ilə əlaqələndirib
-
Pentaqon rəhbəri İsrailə gizli səfər edib













