MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 20-də Qırğızıstanın Bişkek şəhərində TÜRKPA-nın 15-ci plenar iclasından sonra təşkilata üzv dövlətlərin parlament sədrlərinin birgə mətbuat konfransında süni intellektin və texnoloji tərəqqinin sürətlə inkişaf etdiyi bir şəraitdə parlamentlərarası əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsinin önəminə diqqət çəkib.
Bu barədə "Far.Az"a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, Sahibə Qafarova göstərilən yüksək diqqətə və qonaqpərvərliyə görə Qırğızıstan tərəfinə minnətdarlığını bildirib. O, rəsmi səfər çərçivəsində Qırğız Respublikası parlamentinin sədri Marlen Mamataliyevlə nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə parlamentlərarası əlaqələrin Azərbaycan ilə Qırğızıstan arasındakı müttəfiqlik münasibətlərinin ruhuna uyğun şəkildə daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi məsələlərinin müzakirə olunduğunu diqqətə çatdırıb.
Çıxışda ötən illər ərzində TÜRKPA-nın əhəmiyyətli inkişaf yolu keçdiyi, qarşılıqlı faydalı əməkdaşlığı təşviq edən və beynəlxalq parlament diplomatiyasında fəal rol oynayan mühüm platformaya çevrildiyi vurğulanıb. Bildirilib ki, Assambleyanın Şura və 15-ci plenar iclasları uğurlu olub, toplantılarda təşkilatın ötən dövrdəki fəaliyyətinin yekunları nəzərdən keçirilib, qarşıdakı dövr üçün prioritetləri və əməkdaşlıq perspektivləri müzakirə olunub.
Spiker plenar iclasın mövzusunun müasir dövrün çağırışları baxımından xüsusi aktuallıq daşıdığını diqqətə çatdırıb.
Bildirilib ki, TÜRKPA-nın 15-ci plenar iclasının nəticələri təşkilatın fəaliyyətinin daha da möhkəmlənməsinə və genişlənməsinə töhfə verəcək.
Oxşar xəbərlər
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Sahibə Qafarova TÜRKPA-nın yeni baş katibini qəbul edib
Azərbaycan-Pakistan-Türkiyə parlament sədrlərinin üçtərəfli görüşü olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kim Çen Inın öldüyü iddia edilir – Hakimiyyət bacısına keçib?
-
Serbiya və Azərbaycan idman sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib
-
Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi
-
Fransada yeni etiraz aksiyasının tarixi AÇIQLANDI
-
Tramp Fransadakı kütləvi iğtişaşların səbəbini immiqrasiya siyasəti ilə əlaqələndirib
-
Pentaqon rəhbəri İsrailə gizli səfər edib













