Qarabağda təltif olunan Nərmin: "Bu, mənimçün böyük sürpriz oldu"
Far.Az xəbər saytı

Qarabağda təltif olunan Nərmin: "Bu, mənimçün böyük sürpriz oldu"


Müğənni Nərmin Kərimbəyova Azərbaycan Respublikası Prezidentinin Laçın şəhərində xüsusi nümayəndəliyi tərəfindən təltif edilib. 

BAKU.WS xəbər verir ki, sənətçi Laçında ilk dəfə inklüziv uşaqlar üçün keçirilən böyük konsert proqramında iştirakına və inklüziv dəyərlərin təşviqinə verdiyi tövhəsinə görə Azərbaycan Respublikası Prezidentinin Laçın şəhərində xüsusi nümayəndəliyi tərəfindən təltif edilib.

Təltifetmə "İnklüzivliyin Sirri Laçında" adlı fiziki məhdudiyyətli şəxslərin ilk konsert proqramı zamanı yaşanıb.

Səfərindən olduqca xoşbəxt geri dönən Kərimbəyova, sonsuz hisslərini dilə gətirib:

"Qarabağa beşinci səfərim olsa da, ilk dəfə idi ki, Laçına səfər etdim. Laçının təbiəti fərqlənən, ruhsal və sadəcə möhtəşəmdir. Surətlə gedən zövqlü abadlıq işləri isə inanıram ki, ən qısa müddətdə Laçını dünyanın sevilib-seçilən turizm mərkəzlərindən birinə çevirəcək. Təltifnamə mənim üçün böyük sürpriz oldu. Artıq illərdir ki, mən inklüziv uşaqların fəal dostuyam. Bu mövzuda saysız layihələrdə, televiziya proqramlarında və konsertlərdə iştirak etməyi davam edirəm.

Son ilə 10-a yaxın fərqli inklüziv tədbirin iştirakçısı olmuşam, çünki bu mövzuya laqeyd deyiləm. Hər kəs üçün bərabər hüquq və imkanlar arzusunda olan insan olduğum üçün inklüziv uşaqların yanında olmağımı özümə vətəndaş borcu hesab edirəm. Mənə təqdim olunmuş təltifnamə mənim üçün çox dəyərli və önəmlidir. Düz yolda olmağımın bariz nümunəsidir".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər