1 sentyabrdan Rusiyada kimlərə sükan arxasına keçmək qadağandır?
1 sentyabrdan etibarən Rusiyada avtomobil idarə etməyi qadağan edən xəstəliklərin yenilənmiş siyahısı qüvvəyə minir.
Far.Az xəbər verir ki, sənəd hüquqi aktların rəsmi dərc olunması saytında yerləşdirilib.
Apreldə hökumət avtomobil idarə etmə üçün tibbi göstərişlər, əks-göstərişlər və məhdudiyyətlərin yeni siyahısını təsdiqləyib.
Yenilənmiş siyahıya psixoloji inkişaf pozuntuları, o cümlədən autizm, Rett sindromu və Asperger sindromu daxil edilib. Həmçinin görmə orqanları ilə bağlı xəstəliklər – qismən rəng korluğu və qırmızı ilə yaşılı səhv qəbul etmə də siyahıya əlavə olunub.
Tibbi əks-göstərişlərin tam siyahısı 11 bənddən ibarətdir.
İyun ayında hüquqşünas Turğunboy Zokirov bildirib ki, sürücüdə depressiyanın olması sürücülük vəsiqəsindən məhrum edilməsinə əsas ola bilər. Onun sözlərinə görə, yalnız "Depressiv epizod" və "Təkrarlanan depressiv pozuntu" diaqnozu qoyulan sürücülər hüquqlarını itirə bilərlər. Bundan əlavə, bir çox antidepressantlar sinir sisteminə təsir göstərir, buna görə də belə dərmanlar qəbul edildikdə sükan arxasına keçmək təhlükəlidir, – deyə Zokirov xəbərdarlıq edib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pentaqon Yaxın Şərqdə 20-dən çox gəmi cəmləşdirib
-
"United Airlines" şirkətinin işində iri miqyaslı nasazlıq yaranıb
-
"Bakcell" gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib
-
"Sədərək" bazarında səssizlik: Alıcıları hara üz tutublar?
-
ABŞ Azərbaycana minatəmizləmə işlərində yardım göstərə bilər
-
PSV Kevin De Brüyne üçün transfer təklifi göndərib













