Aynişandan tənqidlərə cavab: "Sizi başa düşürəm"
Far.Az xəbər saytı

Aynişandan tənqidlərə cavab: "Sizi başa düşürəm"


Əməkdar artist Aybəniz Haşımovanın bloger qızı Aynişan Quliyeva işlətdiyi kosmetik vasitələrini satışa çıxardığı üçün tənqid olunub.

Far.Az "axşam.az"a istinadən xəbər verir ki, o, sosial şəbəkədə paylaşım edərək həmin vasitələri köməkçisinin satışa çıxardığını bildirib:

"Dünəndən bəri paylaşımlarınızı görürəm və bəli, sizi başa düşürəm, haqlı olduğunuz məqamlar var. Ümumiyyətlə, bu vəziyyətə şərh vermək istəmirdim, amma gördüm ki, məsələ böyüyüb, ona görə yazmaq qərarına gəldim.

Əlbəttə ki, işlənmiş kosmetikanı satmaq olmaz. Bu, gənc bir xanımın (asistentimin) diqqətsizliyi idi. Mən də onu vaxtında fərq etmədim. Fərq etdiyim anda isə dərhal dayandırdım. Nəticədə həmin məhsullar heç kimə satılmayıb. Rahat ola bilərsiniz".

Oxşar xəbərlər

Bir qrup dövlət qulluqçusu təltif edilib - SƏRƏNCAM
Vəkilliyə qəbulla bağlı imtahanda uğur qazanan şəxslərin adları açıqlanıb
İlham Əliyev bir qrup incəsənət xadimini təltif etdi - SƏRƏNCAM
Media nümayəndələri təltif edilib - Prezidentdən SƏRƏNCAM
Bu il ən yüksək nəticə göstərib ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər