Rəsmi Bakı: Ermənistanın Azərbaycana qarşı gizli gündəmi mövcuddur
Far.Az xəbər saytı

Rəsmi Bakı: Ermənistanın Azərbaycana qarşı gizli gündəmi mövcuddur


Minsk Qrupu ilə bağlı Baş nazirin mövqeyinə nəzər saldıqda da açıq-aydın görmək mümkündür ki, Ermənistan tərəfinin keçmiş münaqişənin qalığı olan Minsk qrupunun bərpasına yönələn cəhdləri bu ölkənin Azərbaycana qarşı gizli gündəminin mövcud olduğunu nümayiş etdirir.

"Far.Az" xəbər verir ki, bu sözlər Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Ermənistan Baş naziri Nikol Paşinyanın 31 avqust tarixli mətbuat konfransında Azərbaycana qarşı səsləndirdiyi fikirlərə dair şərhində yer alıb.

Onun sözlərinə görə, Ermənistan sülh prosesinə ciddi yanaşdığını sübut etmək üçün ziddiyyətli bəyanatlar və təxribatçı addımlardan çəkinməli, beynəlxalq hüququn norma və prinsiplərinə öz əməlləri ilə və real addımlara hörmət etdiyini göstərməlidir.

Oxşar xəbərlər

Azərbaycan XİN Paşinyanın yalanlarını ifşa edib
XİN: Ermənistan Baş nazirinin normallaşma ilə ziddiyyət təşkil edən açıqlamaları təəssüf doğurur
Qərbin Paşinyan planı - baş nazirə alternativ hazırlanır - ŞƏRH
Ermənistanın nicatı Bakı və Ankara ilə münasibətlərin normallaşmasından keçir - ŞƏRH
Ayxan Hacızadə: Azərbaycanla Ermənistan Konstitusiyası arasında paralellik və bərabərlik yaratmaq cəhdi qəbuledilməzdir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər