Bakının Məmməd Rahim küçəsində təmir işlərinə başlanılıb
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Yasamal rayonunun Məmməd Rahim küçəsində təmir işlərinə start verib.
Far.Az agentliyə istinadən xəbər verir ki, uzunluğu 620 metr, orta eni isə 10-12 metr olan küçədə aparılan təmir işləri çərçivəsində hazırda mövcud piyada səkilərinin bərpası və yeni səki daşlarının düzülməsi həyata keçirilir.
Layihəyə əsasən, köhnə asfalt-beton örtüyünün frezlənməsi, küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi, yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması, yeni baxış qapaqları və yağış barmaqlıqlarının quraşdırılması nəzərdə tutulur.
Son mərhələdə avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili məqsədilə küçədə üfüqi nişanlanma xətlərinin çəkilişi həyata keçiriləcək.
Qalereya
Oxşar xəbərlər
Salyan şosesində aparılan təmir işləri yekunlaşıb
“Qələbə dairəsi”dən “20 Yanvar” dairəsi istiqamətində asfaltlanma işləri yekunlaşıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Pirallahıda 3 küçədə təmir işləri aparılır
Salyan şosesində asfaltlanma işləri aparılır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Tramp İranla münaqişənin tezliklə həll olunacağına ümid edir
-
FTB ABŞ-nin Yunanıstandakı keçmiş səfirinin fəaliyyətini araşdırır













