Atatürkün heç vaxt görülməmiş görüntüləri ortaya çıxdı
Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy Türkiyədə 30 Avqust Zəfər Bayramının 103-cü ildönümü münasibətilə Mustafa Kamal Atatürkün Kino Ümumi İdarəsinin arxivindən çıxarılan və daha əvvəl dərc olunmamış görüntülərini ictimaiyyətlə paylaşıb.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, nazir müvafiq görüntüləri "X" hesabında yayımlayıb.
"İstiqlal və istiqbal mübarizəmizin zəfərlə başa çatmasının 103-cü ildönümünü təsvirolunmaz qürur və ruh yüksəkliyi ilə qeyd edirik.
30 Avqust zəfərinin sevincini və qürurunu yenidən yaşadığımız bir zamanda, Kino Ümumi İdarəmizin gün üzünə çıxardığı Mustafa Kamal Atatürkün bu videosunu ilk dəfə sizinlə paylaşmaq istəyirəm.
1935 və ya 1936-cı ildə çəkildiyi güman edilən bu kadrlarda M.K.Atatürk Florya dəniz köşkündə onu qarşılayan uşaqlarla birlikdə əks olunub.
Bu bənzərsiz görüntü ilə əziz xalqımızın 30 Avqust Zəfər Bayramını təbrik edirəm, Qurtuluş savaşımızın baş komandanı, cümhuriyyətimizin qurucusu Qazi Mustafa Kamal Atatürkü, əziz şəhidlərimizi və qazilərimizi rəhmətlə və ehtiramla yad edirəm", - deyə o, paylaşımda qeyd edib.
İstiklal ve istikbal mücadelemizin zaferle taçlanışının 103. yıl dönümünü tarifsiz bir gururla ve coşkuyla kutluyoruz.
— Mehmet Nuri Ersoy (@MehmetNuriErsoy) August 30, 2025
30 Ağustos Zaferi’nin coşkusunu ve gururunu bir kez daha yaşarken,
Sinema Genel Müdürlüğümüzün gün yüzüne çıkarttığı Mustafa Kemal Atatürk'ün ilk kez… pic.twitter.com/4ZsxlKqa2K
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pentaqon Yaxın Şərqdə 20-dən çox gəmi cəmləşdirib
-
"United Airlines" şirkətinin işində iri miqyaslı nasazlıq yaranıb
-
"Bakcell" gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib
-
"Sədərək" bazarında səssizlik: Alıcıları hara üz tutublar?
-
ABŞ Azərbaycana minatəmizləmə işlərində yardım göstərə bilər
-
PSV Kevin De Brüyne üçün transfer təklifi göndərib













