Ayan Babakişiyeva xəyanətdən danışdı: "Qadın boşanıbsa, artıq burada başqa bir mövzu ortaya çıxır"
"Qapqara" verilişinin budəfəki qonağı müğənni Ayan Babakişiyeva olub.
Sənətçi cəmiyyətdə müğənni qadınlara münasibətdən danışıb. Onun sözlərinə görə, boşanmış qadınlarla sənətçi xanımlara qarşı eyni münasibət mövcuddur:
"Qadın boşanıbsa, artıq burada başqa bir mövzu ortaya çıxır. Düşünürlər ki, onun istəkləri fərqlidir. Müğənniyə də eyni cür baxırlar. Heç düşünmürlər ki, sənətçi xanımların həyatında da müqəddəslik var. İnsanların 70 faizi hesab edir ki, sənətçilərdə müqəddəs, ülvi hiss yoxdur. Onların məqsədi yalnız pul qazanmaq, toy məclislərinə getmək və ya başqa bir həyat tərzi yaşamaqdır".
O, eşq və sevgi haqqında da fikirlərini bölüşüb:
"Eşq və ehtiras ötəri hisslərdir. Sevgi isə o deməkdir ki, sən istəyirsən ki, övladına zərər gəlməsin, yaşadığın ölkədə sülh və əmin-amanlıq olsun. Aşiq olduğun bir şeyə isə zərər verə bilərsən. Bir neçə dəfə aşiq olmaq mümkündür. Bizim cinsəl həyatımızda fərqli-fərqli insanlar ola bilər. Onlara aşiq də ola bilərsən".
Müğənninin sözlərinə görə, xəyanət səhv deyil, sadəcə, bir seçimdir:
"İstər qadın olsun, istərsə də kişi, heç kim zorla başqasını yanında otuzdurmur, yatağına salmır. Xəyanət mənim üçün yalnız yataqda baş verən deyil, bu, beyində başlayır. Beldən aşağı olan şey isə xəyanət deyil".
Ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ayan Babakişiyeva: "Dollar əskinazı deyiləm ki, hamı məni bəyənsin"
Azərbaycan Prezidenti İlham Əliyev "Əl-Ərəbiyyə" telekanalına müsahibə verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pentaqon Yaxın Şərqdə 20-dən çox gəmi cəmləşdirib
-
"United Airlines" şirkətinin işində iri miqyaslı nasazlıq yaranıb
-
"Bakcell" gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib
-
"Sədərək" bazarında səssizlik: Alıcıları hara üz tutublar?
-
ABŞ Azərbaycana minatəmizləmə işlərində yardım göstərə bilər
-
PSV Kevin De Brüyne üçün transfer təklifi göndərib













