Keçmiş əri azərbaycanlı qadını Finlandiyada ÖLDÜRDÜ
Finlandiyanın Espoo şəhərində azərbaycanlı qadın keçmiş əri tərəfindən qətlə yetirilib.
Bu barədə Finlandiya Azərbaycanlıları Assosiasiyasının həmsədrlərindən Arzu Oqtay feysbuk hesabında paylaşım edib.
Onun sözlərinə görə, hadisə avqustun 29-da qeydə alınıb. O, qadının amansızlıqla qətlə yetirildiyini bildirib.
Onun sözlərinə görə, hadisə avqustun 29-da qeydə alınıb və qadın amansızlıqla qətlə yetirilib.
"Hadisə günü mərhumun bacısı Rusiyadan mənimlə əlaqə yaradaraq yardım istəyib. Biz də Finlandiya Azərbaycanlıları Assosiasiyası rəhbərləri olaraq üzərimizə düşən vəzifəmizi yerinə yetirdik, ilk işimiz İsveçdəki Azərbaycan səfiri ilə əlaqə yaradaraq, hadisə haqqında təlimat verdik. O, dərhal hadisəni nəzarətə götürüb. Bizimlə 29.08.2025 tarixindən etibarən mütəmadi olaraq əlaqədədir. Biz də həmin gündən bu günə qədər mərhumənin qohumlarının Espoo şəhər polisi, rus səfirliyi, işi aparan müstəntiq ilə əlaqə qurmaları üçün lazım olan şəraiti yaratmışıq. Mərhumənin qohumları bu işlə əlaqədar olan şəxslərlə artıq əlaqə qurublar. İndi isə mərhumənin qohumlarını Rusiyadakı Finlandiya səfirliyinə yönəltmişik ki, ekstra viza ala bilsinlər", - deyə bildirib.
Adı açıqlanmayan 30 yaşlı qadının iki uşaq anası olduğu bildirilir.
Faktla bağlı yerli hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev "Əl-Ərəbiyyə" telekanalına müsahibə verib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Tramp İranla münaqişənin tezliklə həll olunacağına ümid edir
-
FTB ABŞ-nin Yunanıstandakı keçmiş səfirinin fəaliyyətini araşdırır













