İzmirdə polis bölməsinə hücum edən yeniyetmənin SAXLANILMA ANI
İzmirdə polis bölməsinə silahla hücum edən yeniyetmənin görüntüləri yayılıb.
Far.Az xəbər verir ki, kadrlarda onun sıxışdırılaraq ələ keçirildiyi anlar yer alıb.
Polislər yeniyetməyə atəş açaraq onu yaralı vəziyyətdə ələ keçiriblər.
*** 14:15
İzmirdə polis bölməsinə silahlı hücum edilib.
Far.Az xəbər verir ki, şəhərin Balçova nölgəsində E.B. adlı şəxs bölməyə daxil olaraq silahla polislərə atəş açıb.
Nəticədə iki polis yaralanıb, iki polis isə ölüb. Ölən polislər Muhsin Aydemir və Hasan Akındırlar.
Yaralılardan biri Ömer Amilağın vəziyyəti isə ağırdır. Polis Hasan Dağlı isə hadisə nəticəsində yüngül bədən xəsarətləri alıb.
Aparılan araşdırmalar zamanı hadisəni 16 yaşlı yeniyətmənin törətdiyi ortaya çıxıb. Polislər onu yaxalayaraq həbs ediblər. Sonradan həmin şəxsin aldığı xəsarətlərdən xəstəxanada vəfat etdiyi məlumatı da yayılıb.
Yeniyətmənin hadisəni törətdiyi silahı 10 il əvvəl atası alıb.
Daxili işlər naziri Ali Yerlikaya yaşanan insidentlə bağlı açıqlama yayıb. O Türkiyə xalqına başsağlığı verib.
"Millətimizə başsağlığı verirəm. İzmirin Balçova şəhərində Salih İşgören Polis İdarəsinə silahlı basqın edilib. Təəssüflər olsun ki, bu dəhşətli hücumdan sonra polis rəisimiz, polis baş inspektorumuz Muhsin Aydemir və polis məmurumuz Həsən Akın şəhid olub. Polis əməkdaşımız Ömər Amilağ ağır, polis əməkdaşımız Murat Dağlı isə yüngül yaralanıb. Qəhrəman şəhidlərimizə Allahdan rəhmət, yaralananlara isə tezliklə şəfa diləyirəm. Hadisədə şübhəli bilinən E.B. (16), saxlanılıb. Faktla bağlı araşdırmalara başlanılıb. Baş verən hadisələr barədə ictimaiyyətə məlumat veriləcək" -deyə, nazir qeyd edib.
Oxşar xəbərlər
İzmirdə nə baş verib? Polis bölməsinə hücumun TƏFƏRRÜATI
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Əsir düşən azərbaycanlılara verilən işgəncələrlə bağlı məhkəmədə ifadələr dinlənilib
Ərazilərimizin işğalı zamanı əsir və girovluqda dəhşətli işgəncələrə məruz qalanlar məhkəmədə ifadə veriblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Əl-Nəsr" Asiya turnirinin finalında "Qamba"ya məğlub olub
-
Bu gün 23,9 min bakalavr magistraturaya II cəhd qəbul imtahanı verəcək
-
Qalibaf: Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur
-
Dünyada hər dörd nəfərdən biri gecəqonduda yaşayır - BMT-dən şok statistika
-
Latviya Prezidenti Baş nazir vəzifəsinə müxalif deputatın namizədliyini irəli sürüb
-
Cəmil Məmmədli: "Dürüst yaşayan yapon da müsəlmandır"













