Azərbaycanda pensiya və müavinət alanlar üçün VACİB AÇIQLAMA
Azərbaycanda sosial təminat sisteminin ən mühüm istiqamətlərindən biri əmək pensiyalarıdır. İnsanların yaşlılıq dövründə, əlillik vəziyyətində və ya ailə başçısını itirdikdə sosial müdafiəsini təmin etmək məqsədi ilə tətbiq edilən bu pensiyalar "Əmək pensiyaları haqqında" qanunla tənzimlənir.
Far.Az-in məlumatına görə, bu pensiyalarının üç növü var. Bunlar yaşa görə və ailə başçısını itirməyə görə əmək pensiyaları və eyni zamanda, əlilliyə görə əmək pensiyalarıdır.
Bəs əmək pensiyalarının ödənilməsi hansı hallarda dayandırıla və ya ümumiyyətlə ləğv edilə bilər?
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vüqar Bayramov Far.Az-ə açıqlamasında bildirib ki, qadınların 64 yaşı tamam olubsa, bu halda onlar əmək pensiyası almaq hüququna malikdir:
"Tələb olunan minimum pensiya kapitalı toplanıbsa, 25 il staj varsa və ya 2018-ci ilin iyulun birinə qədər pensiya fonduna sadəcə bir manat vəsait ödəyibsə, o halda pensiya yaşı tamam olan kimi avtomatik əmək pensiyası almaq hüququna malik olurlar. Əgər yaşa görə əmək pensiyası qanun çərçivəsində müəyyənləşibsə hər hansı qanun pozuntuları olmayıbsa, dayandırıla bilməz.
Əmək pensiyaları o halda dayandırıla bilər ki, əmək pensiyası təyin edilən zaman qanun pozuntusu baş versin. Əgər qanun pozuntusu baş verməyibsə, istər yaşa görə əmək pensiyası, istər ailə başçısını itirməyə görə əmək pensiyası və ya əlilliyə görə əmək pensiyası heç bir halda həmin pensiyanın dayandırılması qanunvericiliklə nəzərdə tutulmayıb.
Son dövrlər müşahidə etdiyimiz məqamlardan biri odur ki, əlilliyə görə həm müavinət, həm də pensiyalarda əvvəlki illərdə buraxılan və ya qanun səhvləri, eyni zamanda hüququ olmadan həmin vətəndaşın bu hüquqla təmin edilməsidir. Bu hallarda təbii ki, həmin hüquq dayandırıla bilər. Yəni istər pensiya, istərsə də müavinət olsun, əgər onun təyinatı zamanı qanun pozuntusu baş verməyibsə, heç bir dayandırılmadan söhbət gedə bilməz".
Orxan Hüseyn
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Horadiz-Ağbənd dəmir yolu ilə Araz İqtisadi Zonası Sənaye Parkına yüklərin daşınmasına başlandı
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
AZAL-ın təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının gənc mütəxəssisləri təlimdə iştirak üçün Avropaya yola düşüblər
-
Bu il beynəlxalq axtarışda olan 22 nəfər xarici ölkələrdən ektradisiya edilib, 6 nəfər təhvil verilib
-
Onlayn ticarət çətinləşir - Qiymətlər bahalaşacaq?
-
Madyarla Lyayen Macarıstan üçün 17 milyard avronun blokdan çıxarılması barədə razılığa gəliblər
-
"Brent" markalı neftin qiyməti dörd illik maksimuma çatır
-
BMT Təhlükəsizlik Şurası İranın nüvə sazişinin qarantı ola bilər













