Sabahdan Bakıda balıq yarmarkası fəaliyyət göstərəcək
Kənd Təsərrüfatı Nazirliyinin "Balıqçılıq və Akvakultura Mərkəzi" publik hüquqi şəxsin iştirakı ilə sabah Bakıda balıq yarmarkası keçiriləcək.
BAKU.WS xəbər verir ki, yarmarka 12–14 sentyabrda paytaxtın Nəsimi rayonu, Seyid Cəfər Pişəvəri küçəsi 2A ünvanında yerləşən "Keşlə Balıq Bazarı" (3-cü mikrarayon dairəsi yaxınlığı) ərazisində fəaliyyət göstərəcək.
Məlumata görə, yarmarkada satışa çıxarılan balıq məhsulları digər bazarlara nisbətən daha münasib qiymətlərlə təklif olunacaq.
Tədbir çərçivəsində dünyanın müxtəlif bölgələrindən gətirilən, eləcə də Xəzər dənizindən tutulan balıq və digər dəniz məhsullarının satışı həyata keçiriləcək. Yarmarka çərçivəsində eyni zamanda kənd təsərrüfatı məhsullarının satışı da təşkil olunacaq.
Ziyarətçilərə geniş çeşiddə diri, təzə, dondurulmuş, soyuq və isti hislənmiş, duzlu və ədviyyatlı, qurudulmuş balıqlar, kürülər, konservləşdirilmiş məhsullar, dəniz məhsulları (krevetkalar və s.) təqdim olunacaq.
Təklif ediləcək qiymətlərdən bəziləri:
* Xan balığı (1 kq) – 4 manat
* Sazan balığı (1 kq) – 5 manat
* Ağ amur (Belamur) balığı (1 kq) – 6 manat
Oxşar xəbərlər
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb
Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FNC BOKT maliyyə vəziyyətini açıqlayıb
-
ABŞ Sakit Okeanda narkotikdaşıyan gəmiyə zərbə endirib
-
Pentaqon "SpaceX" ilə HHM peyklərinin yerləşdirilməsi üçün 4 milyard dollarlıq müqavilə imzalayıb
-
Azərbaycana Amerikadan turist axını 4 %-dən çox artıb
-
Pentaqon silah istehsalını kəskin şəkildə artırmağı planlaşdırır
-
Litva xarici işlər naziri məlumat sızmasının qurbanı olub













