Bakı polisi avtobus, moped və motosikletlərlə bağlı hərəkətə keçdi
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində hüquqpozmalara qarşı profilaktik tədbirlər keçirilib.
BAKU.WS xəbər verir ki, tədbirlər zamanı axtarışda olan 7 nəfər saxlanılıb, "isti izlərlə" 8 cinayətin üstü açılıb. Qanunsuz küçə ticarəti, avaralıq və dilənçiliklə bağlı 29, xırda xuliqanlıq, məişət səs-küyü, tütün məmulatının istehlakına dair məhdudiyyətlərə riayət edilməməsi və s. qanun pozuntuları ilə əlaqədar 59 fakt aşkarlanıb.
Nəsimi RPİ DYPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı spirtli içki və narkotik maddələrin təsiri altında avtomobil idarə edən 4, nəqliyyat vasitəsinin konstruksiyasında dəyişiklik edən 3 və dayanma-durma qaydalarını pozan sürücülər barəsində inzibati tədbirlər görülüb.
Rayon ərazisində avtobus və ikitəkərli nəqliyyat vasitələrinin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə də profilaktik tədbirlər həyata keçirilib. Yol hərəkəti qaydalarını pozan, sürət həddini aşan, təhlükəli manevrlər edən, dəbilqədən istifadə etməyən motosiklet sürücüləri müəyyən olunub və onlarla maarifləndirici söhbətlər aparılıb. Sərnişin avtobuslarında isə nəqliyyat vasitələrinin reysqabağı texniki baxışdan keçməsi və sürücülərin tibbi müayinəsinin təşkili yoxlanılıb.
Nəsimi rayonunda bu cür neqativ hərəkətlərə yol verən avtobus, moped və motosiklet sürücülərinə qarşı profilaktik tədbirlər davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
Abşeronda dayanma-durma qaydalarını pozan 416 sürücü inzibati məsuliyyətə cəlb edilib
Abşeronda əməliyyat keçirilib, axtarışda olan 36 nəfər saxlanılıb
Sosial şəbəkələr vasitəsilə qanunsuz nərə balığı və kürüsü satan şəxslər ƏLƏ KEÇDİ
Xətai rayonunda qaydaları kobud şəkildə pozan sürücülər məsuliyyətə cəlb edilib
Bakıxanovda qanunsuz küçə ticarəti YIĞIŞDIRILDI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bilgəh yolunda 144 nömrəli marşrutla "Mercedes" toqquşdu
-
30 dərəcə İSTİ OLACAQ - HAVA PROQNOZU
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (14.05.2026)
-
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
-
"Gənclik"dəki tuneldə dəhşətli QƏZA - sürücü ağır xəsarət alıb
-
Azərbaycanda 4 ayda sığortaedənlərin sayı 2,2 milyondan çox olub













