Ağstafa və Ramanada qanunsuz saxlanılan heyvanlar IDEA-nın təşəbbüsü ilə xilas edilib
IDEA İctimai Birliyinə daxil olan vətəndaş müraciəti əsasında sentyabrın 9-da Daxili İşlər Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə növbəti təcili araşdırma tədbirləri həyata keçirilib.
İctimai Birlikdən verilən məlumata görə, IDEA-nın təşəbbüsü ilə aparılan araşdırma nəticəsində Sabunçu rayonunun Ramana qəsəbəsində yerləşən həyətyanı sahələrdən birində adı Azərbaycanın "Qırmızı Kitab"ına daxil edilmiş 1 qara kərkəs quşunun qanunsuz olaraq qeyri-sərbəst şəkildə saxlanılması müəyyən olunub.
Bununla yanaşı, həmin gün keçirilən digər analoji araşdırma zamanı Ağstafa rayonunun Kolxəlfəli kəndi ərazisində yerləşən "Yaşılbağ" Ailəvi İstirahət Mərkəzinin həyətyanı sahəsində makaka cinsindən olan 2 meymunun qanunsuz saxlanıldığı faktı aşkarlanıb.
Xilas edilən fauna növləri baytar mütəxəssislər tərəfindən ərazidən götürülərək müayinə və reabilitasiya üçün Bakı Zooloji Parkına təhvil verilib.
IDEA İctimai Birliyi vətəndaşları bir daha təbiəti qorumağa çağırır və vəhşi heyvanların qanunsuz olaraq saxlanılması hallarına yol verilməməsini, bu kimi hallarla rastlaşdıqda isə IDEA İctimai Birliyinin 1113 "Təbiətə Təcili Yardım" qaynar xəttinə və ya rəsmi sosial media kanallarına məlumat verməyi xahiş edir.
Qalereya
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Tahir Qədəşov "Atlant" üzərindən həbsi götürmək üçün hərəkətə keçib - Qalmaqallı dələduzluq işi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Lufthansa" yanacaq çatışmazlığı səbəbindən on minlərlə uçuşu ləğv edib
-
İran hesab edir ki, ABŞ atəşkəsi uzatmaqla vaxt qazanmağa çalışır
-
"Tasnim": Qalibafın müşavirinin ABŞ ilə danışıqlar barədə fikri onun mövqeyini əks etdirmir - YENİLƏNİB
-
"Qarabağ" Türkiyə klubunda çıxış edən hücumçu ilə maraqlanır
-
Tokio esmineslərinin Manilaya köçürülməsini müzakirə edəcək
-
Qadının üzərinə benzin töküb yandıran sevgilisi: "Ona başqası ilə ailə həyatı qurmaq istədiyimi bildirdim"













