MDB PA-nın müşahidəçisi: Seçkilər demokratik və şəffaf şəraitdə keçirilib
Far.Az xəbər saytı

MDB PA-nın müşahidəçisi: Seçkilər demokratik və şəffaf şəraitdə keçirilib


Seçkilərin demokratik və şəffaf şəraitdə keçirildiyini müşahidə etdim.

"Far.Az"un Naxçıvan bürosu xəbər verir ki, bunu Azərbaycanda növbədənkənar parlament seçkilərini müşahidə edən MDB Parlamentlərarası Assambleyasının müşahidəçisi Yuri Volkov jurnalistlərə müsahibəsində deyib.

O bildirib ki, seçkilər tam qanunvericiliyə uyğun keçirilib.

"Bu gün səhər mən 4 saylı Naxçıvan şəhər Seçki Dairəsinin 12 saylı seçki məntəqəsində oldum və vətəndaşların seçki prosesində fəal iştirakının şahidi oldum. Naxçıvan Muxtar Respublikasının başqa rayonlarına da səfər etdim. Heydərabad qəsəbəsi, Culfa, Ordubad rayonlarını ziyarət etmək qismət oldu. Qeyd etmək istəyirəm ki, hər yerdə yüksək seçici fəallığı var idi. Seçicilərin hamısına bütün informasiya xidmətləri göstərilirdi. Hər şey qanuna uyğun idi", - Y.Volkov əlavə edib.

Oxşar xəbərlər

MDB və ŞƏT-in müşahidə missiyalarının rəhbərləri Bakıda işçi görüşü keçirib
Andrey Yatskin: Qanunverici orqanlar səviyyəsində əməkdaşlıq fəaliyyət istiqamətlərimizdən biridir
Saat 17:00-a olan seçici fəallığı: Seçicilərin 33,82 faizi səsvermə hüququndan istifadə edib - YENİLƏNİB
MDB PA-nın koordinatoru: Azərbaycanın seçki qanunvericiliyi beynəlxalq standartlara uyğundur
Konstitusiya Məhkəməsində MDB PA-nın müşahidəçiləri ilə görüş keçirilib - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər