Gülüstan Əliyeva 4 dildə oxuğu mahnını "Musiqi Günü"nə həsr etdi
Far.Az xəbər saytı

Gülüstan Əliyeva 4 dildə oxuğu mahnını "Musiqi Günü"nə həsr etdi


Əməkdar artist Gülüstan Əliyeva 18 sentyabr - Milli Musiqi Gününə özəl olaraq fərqli layihəsini sevənlərininin ixtiyarına verib.

BAKU.WS xəbər verir ki, sənətkar xanım "Əsr türkün əsridir" adlı türkcülüyə həsr olunmuş yeni klipini təqdim edib. Layihədə Türk xalqlarının birliyi, tarixi və mədəni bağlılığı tərənnüm edilir.

Çəkilişləri Şuşa, Laçın və Qubada baş tutub.

Gülüstan Əliyeva 4 dildə oxuğu mahnını

Klipin rejissoru Faiq Əliyevdir. Mahnının sözləri professor Mahirə Nağıqızına, musiqisi isə Qoçaq Əsgərova məxsusdur. Aranjiman üzərində isə "Ethno Class" musiqi qrupu çalışıb.

Mahnının ruhuna uyğun olaraq, nəqərati 4 dildə - Qazax, qırğız, türkmən və özbək dilində ifa olunub.

Gülüstan Əliyeva 4 dildə oxuğu mahnını

Klipdə Orxon Yenisey əlifbasından istifadə edilərək, Azərbaycan təkəlduz sənətinə məxsus xüsusu geyimlər hazırlanıb. Layihədə türk xalqlarına məxsus qədim alətlərdən, şamanizmi əks etdirən qavaldan istifadə olunub.

Ekran işi Əməkdar artistin yutub kanalında, mahnı isə bütün musiqi platformalarında yayımlanıb.

Oxşar xəbərlər

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Özbəkistanın mədəniyyət naziri: Xalqlarımızı birləşdirən fundamental dəyər mədəniyyətdir - MÜSAHİBƏ
Prezident Azərbaycanda sosial müavinətləri artırdı - FƏRMAN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər