Dilarə Kazımovanın uğuru: Azərbaycan musiqisi ərəb səhifələrində
Avroviziya təmsilçimiz, müğənni Dilarə Kazımovanın "Tez gəl" adlı klipi artıq təkcə yerli yox, beynəlxalq diqqəti də cəlb edib.
Far.Az xəbər verir ki, klip məşhur "HP Magazine" jurnalının Ərəbistan versiyasının instagram səhifəsində paylaşılıb.
Müğənninin Xalq artisti Aygün Kazımovanın eyniadlı hitini modern şəkildə təqdim etməsi və klipdəki güclü vizual üslubu xarici auditoriyanın da marağına səbəb olub. Paylaşım altında izləyicilər Dilarənin səhnə obrazı və ifasını yüksək qiymətləndiriblər.
Bu paylaşım Dilarə Kazımovanın musiqi fəaliyyətinin sərhədləri aşdığını və onun yaradıcılığının artıq beynəlxalq miqyasda da izlənildiyini bir daha sübut edir.
Xatırladaq ki, Aygün Kazımovanın sözügedən mahnısı 2001-ci ildə işıq üzü görüb. "Tez gəl"in müəllifi Xanım İsmayılqızıdır.
Bəstənin təzə versiyasını peşəkar musiqiçi Həsən Ağayev hazırlayıb.
Oxşar xəbərlər
Xalq artisti Əminə Yusifqızı dəfn olunub
Xalq artisti Hacı Murad Yegizarov II Fəxri xiyabanda dəfn olunub
Qərbi Azərbaycan mövzusunda "Zəngəzur mahnısı" ictimaiyyətə təqdim olunub
"Avroviziya" təmsilçilərimiz indi nə işlə məşğuldurlar? - SİYAHI
Dilarə Kazımova bunun üçün 10 saata 6 obraz dəyişdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
Əməkdar artist: Canlandırdığım obrazın daxili dünyasını daha dərindən anlamağa çalışdım
-
"Anthropic"in səhmləri "Nasdaq"da ticarətin ilk günündə 17 % artıb
-
Qarakənd faciəsindən 35 il ötür
-
Uitkoff Berlində Avropa liderləri ilə görüşü məhsuldar adlandırıb













