Nadir Şahdan bu günə gəlib çıxan qalxanın yaddaşı - Qərbi Azərbaycan Xronikası
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "İrsimiz" rubrikasının növbəti buraxılışı hazırlanıb.
"Report" xəbər verir ki, buraxılışda Əməkdar rəssam Şərif Şərifovun kolleksiyaçı Yusif Bağırzadənin unikal silah kolleksiyası haqqında fikirlərinə yer verilir.
Bildirilir ki, ev-muzeyində tarix "nəfəs alır". Şedevrlərlə dolu məkanda Təbərzin sirri, Səfəvi hakimiyyətinin rəmzi, Təbriz məktəbinin izi, miniatürlərin sehrli dili, Nadir şahdan bu günə gəlib çıxan qalxanın yaddaşı, ox, qılınc, xəncər izləri yaşadılır. Kolleksiyalarda dünya muzeyinə layiq əsərlər saxlanılır.
Burada plastika, rəng, kompozisiya, eləcə də hər əşyanın ikinci həyatı var. Həmçinin Səfəvi–Qəndəhar döyüşü izləri, 1708 tarixinin şifrəsi, zərgər, silah və tişə ustadlarının sənət səsi, Qacar və Əfşar dövrləri əhatə olunur".
Ş.Şərifov sonda kolleksiyada yer alan Nizami Gəncəvi motivləri ilə bağlı yazıların mahiyyətinə də aydınlıq gətirir.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Qərbi Azərbaycan Xronikası: "İran" adından əvvəl Səfəvilər, Əfşarlar, Qacarlar gerçəyi var
Azərbaycanlı müğənninin oğlunun əsərləri "Luvr" muzeyində sərgiləndi
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu













