

Qurban Qurbanov "Qarabağı" tərk edib-etməcəyinə aydınlıq gətirdi
"Şükürlər olsun, bu il işimiz daha uğurlu alınar. Futbol elə bir oyundur ki, hər il uğur əldə etmək olmur. Biz əvvəlki illərdə çəkdiyimiz zəhmətlərin bəlkə də bu il daha çox bəhrəsini görürük".
Far.Az xəbər verir ki, bunu "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov "Haber Global" telekanalına verdiyi açıqlamada bildirib.
Onun sözlərinə görə, "Qarabağ" komandasının uğurlarının Avropa və Türkiyədə əks-səda doğurması klub üzvlərinə stimul verir.
17 ildir "Qarabağ"ı çalışdıran baş məşqçi klubdan ayrılmaq istəmədiyini də vurğulayıb:
"Bura mənim ikinci evimdir, bəlkə də birinci evimdir, çünki mən burada daha çox vaxt keçirirəm. Amma gələcəkdə hər şey ola bilər. Hazırda böyük bir kluba keçmək fikrim yoxdur".
Qeyd edək ki, "Qarabağ" klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəlində altıncı pillədə qərarlaşıb. II turda Bakıda Danimarkanın "Kopenhagen" kollektivini məğlub edən (2:0) "köhlən atlar" I turda Portuqaliyada "Benfika"nı 3:2 hesabı ilə üstələyib.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Bakıda gecə əyləncə klubunun fəaliyyəti dayandırılıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Millinin yeni baş məşqçisi kim olacaq? - Ehtimal namizədlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kartınızı heç kimə verməyin: pulunuzu itirə, cinayətin qurbanı ola bilərsiniz
-
Amazon, Snapchat və Zoom daxil olmaqla bir çox saytda qlobal giriş problemi yaşanıb
-
Süd Yolunda qaranlıq maddədən yaranan sirli şüalanma aşkarlanıb
-
"Qarabağ"ın üçüncü qələbəsi kluba nə qədər QAZANDIRACAQ?
-
Xalq artistindən İDDİALI FOTOSESSİYA
-
Oktyabrın 25-dən ölkə üzrə heyvan bazarları müvəqqəti bağlanacaq - Xəstəlik yayılıb