TDT-nin Ümümtürk Patent Təşkilatının yaradılmasını təklif edib
"Türk Dövlətləri Təşkilatının (TDT) Sənaye, Elm, Texnologiya və İnnovasiya üzrə İşçi qrupu tərəfindən Ümümtürk Patent Təşkilatının yaradılması təklif edilir".
Far.Az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə keçirilən TDT-nin Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci Toplantısı çərçivəsində işçi qrupun iclasında deyib.
Onun sözlərinə görə, əqli mülkiyyətin innovasiya, elm və sənayenin inkişafının təməlində dayandığını nəzərə alaraq, bu sahədə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi strateji və əməli əhəmiyyət daşıyır:
"Eyni zamanda, 2023-cü ilin noyabr ayında TDT-nin Astanada keçirilmiş X Sammiti çərçivəsində irəli sürülmüş Türk Dövlətləri Metrologiya Təşkilatının yaradılması təşəbbüsü elm və texnologiyanın inkişafı baxımından böyük əhəmiyyət daşıyır. Bu qurumun təsis olunması, ümumi iqtisadi inteqrasiyanın dərinləşməsi, elmi tədqiqat və innovasiya potensialının gücləndirilməsi baxımından mühüm addımdır".
Nazir qeyd edib ki, son illər ərzində TDT çərçivəsində çoxtərəfli münasibətlər yüksələn xətlə inkişaf edir:
"Bu da ölkələrimizin bir-birinə olan etimadının və əməkdaşlığının getdikcə möhkəmləndiyini göstərir".
Oxşar xəbərlər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
FTB ABŞ-nin Yunanıstandakı keçmiş səfirinin fəaliyyətini araşdırır
-
Tramp İranla münaqişənin tezliklə həll olunacağına ümid edir
-
"DOST to DOST" layihəsi çərçivəsində könüllülərin İsmayıllıya infoturu təşkil olunub
-
"Bloomberg": "Anthropic" səhmlərin yerləşdirilməsi hesabına 94 milyard dollardan çox vəsait cəlb edə bilər













