Nazirdən Ramiz Mehdiyevin qohumunun yerinə TƏYİNAT
Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinə Maddi Texniki Təchizat üzrə rəis müavini təyin olunub.
Far.Az "Qaynarinfo"ya istinadla xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə sözügedən vəzifəyə daxili xidmət kapitanı Yaşar Şükürlü təyin edilib.
Qeyd edək ki, bir neçə ay əvvəl Bakı Regional Mərkəzinin Maddi Texniki Təchizat üzrə rəis müavini, daxili xidmət polkovniki Elvin Xanlar oğlu Mehdiyev vəzifəsindən azad olunaraq təqaüdə göndərilib.
Elvin Mehdiyev 2024-cü ilin iyul ayında Dövlət Yanğından Mühafizə Xidmətinin Maliyyə İdarəsinin rəisi vəzifəsindən azad edilərək, Bakı Regional Mərkəzinin Maddi Texniki Təchizat üzrə rəis müavini təyin olunmuşdu. O, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin qohumudur. Ramiz Mehdiyevin oğlu general-mayor Teymur Mehdiyev isə fövqəladə hallar nazirinin müavinidir.
Oxşar xəbərlər
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti "açıq qapı günü" tədbirləri keçirib
Ramiz Mehdiyevin dövlət çevrilişi planı necə ifşa olunub? - Cinayət işinin DETALLARI
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Prezident Müdafiə Nazirliyinin hərbi qulluqçularını və mülki işçilərini təltif edib - SƏRƏNCAM
Kəmaləddin Heydərov Ramiz Mehdiyevin qohumunu təqaüdə göndərdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Tramp İranla münaqişənin tezliklə həll olunacağına ümid edir
-
FTB ABŞ-nin Yunanıstandakı keçmiş səfirinin fəaliyyətini araşdırır













