Zəfər paradının aparıcısı məlum oldu
Far.Az xəbər saytı

Zəfər paradının aparıcısı məlum oldu


Üç gün sonra Bakının Azadlıq Meydanında qələbəmizin 5 illiyinə həsr edilmiş Zəfər paradı keçiriləcək.

Far.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, parada aparıcılıq AzTV-nin siması Mümtaz Xəlilzadəyə həvalə edilib.

Artıq aparıcı məşqlərə də başlayıb.

Budəfəki parada da müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev komandanlıq edəcək.

Qeyd edək ki, 2020-ci ilin dekabrında Bakıda, 2023-cü ilin 8 noyabrında isə Xankəndidə Zəfər paradları keçirilib.

Oxşar xəbərlər

Vətən müharibəsinin başlamasından 4 il ötür
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər