Eldar Əzizov irad bildirmişdi: Vəzifəsindən azad olundu
Far.Az xəbər saytı

Eldar Əzizov irad bildirmişdi: Vəzifəsindən azad olundu


Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin rəisi Fəqan Məlikov vəzifəsindən azad olunub.

BAKU.WS "Yeni Sabah"a istinadən xəbər verir ki, bu barədə departamentin sədri Rəfail Mehralıyev əmr imzalayıb.

F.Məlikov işində yol verdiyi ciddi nöqsanlara görə vəzifəsində azad edilib.

Hələlik Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin rəisi vəzifəsinə yeni təyinat olmayıb. Bu vəzifənin icrası trestin baş mühəndisi Sabir Həsənova həvalə edilib.

Qeyd edək ki, oktyabrın 30-da Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın təsərrüfat subyektlərinin rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib. Müzakirə zamanı Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin işinə xüsusi diqqət yetirilib. Trestin rəhbərliyi daxili audit zamanı aşkar edilmiş nöqsanlara görə ciddi tənqid edilib.

Bakı meri Eldar Əzizov Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin rəisi Fəqan Məlikova ciddi iradlarını bildirib.

Bakı Şəhər Mənzil və Kommunal Təsərrüfatı Departamentinin rəhbərliyinə trestin rəisinin vəzifədə saxlanılmasının mümkünlüyünü nəzərdən keçirmək tapşırılmışdı.

Oxşar xəbərlər

Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Eldar Əzizov müşavirə keçirdi, tapşırıqlar verdi
Şəhid analarının iştirakı ilə Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunmuş tədbir keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər