"Sovetski"də aparılan yenidənqurma işləri ilə bağlı YENİ XƏBƏR
Far.Az xəbər saytı

"Sovetski"də aparılan yenidənqurma işləri ilə bağlı YENİ XƏBƏR


Azərbaycan prospekti, Nizami, Rza Quliyev, Süleyman Tağızadə, Nabat Aşurbəyova, Lev Tolstoy, Mirzə Fətəli Axundov, Çingiz Mustafayev və Mirzəağa Əliyev küçələrinin (keçmiş "Sovetskaya" ərazisinin) yenidən qurulması Bakının mərkəzi hissəsində həyata keçirilən kompleks şəhərsalma transformasiyasının məntiqi davamıdır.

Far.Az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riad Qasımov jurnalistlərə açıqlamasında deyib.

İdarə rəisi əlavə edib ki, müasir şəhərsalma siyasəti tarixi simanın qorunması ilə innovativ memarlıq və planlaşdırma həllərinin vəhdətini təmin edən dayanıqlı, balanslaşdırılmış və insanyönümlü mühitin formalaşdırılmasına yönəlib:

"Bakının tarixi məhəllələrinin yenidən qurulması və ictimai məkanların abadlaşdırılması sahəsində qazanılmış təcrübələr göstərir ki, inkişaf tarixi məhv etmir, əksinə onu yenidən dirçəldir. "Sovetskaya" ərazisinin yenilənməsi keçmişin məhv edilməsi deyil, əksinə, şəhər toxumasının bərpası, müasir, təhlükəsiz və abad yaşayış mühitinin yaradılması deməkdir. Bu mühit həm dövrün ruhuna, həm də gələcək nəsillərin tələblərinə cavab verir.

Yaxın gələcəkdə bu ərazidə reallaşdırılacaq işlər bir çox Avropa paytaxtlarında sınaqdan çıxmış tarixi mərkəzlərin dayanıqlı şəhərsalma inkişafı və re-vitalizasiya prinsiplərinə əsaslanır. "Sovetskaya" ərazisində yalnız bərpası mümkün olmayan qəzalı və yararsız tikililərin sökülməsi, dəyərli memarlıq irsinin isə qorunaraq bərpasını özündə əks etdirir".

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakı-Qazax yolunun Yevlaxdan keçən hissəsində tikinti və yenidənqurma işləri yekunlaşıb
Avtobusdan istifadə edənlərin NƏZƏRİNƏ! marşrutların hərəkət sxemi...
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər