Ceyhun Bayramov: "İlham Əliyev üçtərəfli bəyanata israrla üç maddəni əlavə etdirdi"
Far.Az xəbər saytı

Ceyhun Bayramov: "İlham Əliyev üçtərəfli bəyanata israrla üç maddəni əlavə etdirdi"


"Noyabrın 8-nə yaxın olan günlərdə Ermənistan artıq bizim şərtlərimizi qəbul etməyə hazır idi".

BAKU.WS xəbər verir ki, bunu İctimai Televiziyanın efirində yayımlanan "Təmas xətti" verilişində xarici işlər naziri Ceyhun Bayramov 44 günlük müharibə günlərində aparılan diplomatik qarşıdurma barədə danışarkən deyib.

Onun sözlərinə görə, müharibənin son günlərində danışıqlar birbaşa Azərbaycan və Rusiya prezidentləri arasında aparılıb. Məhz bu zaman Azərbaycan Prezidenti İlham Əliyev üçtərəfli bəyanata israrla üç maddəni əlavə etdirib - Laçın, Kəlbəcər və Ağdamdan erməni silahlı qüvvələrinin dəqiq çıxarılma tarixi, üçtərəfli bəyanatın müddətli olması və Rusiya sülhməramlılarının əraziyə daxil olmaları ilə erməni silahlılarının ərazidən çıxarılmasının eyni vaxtda icra olunması.

C.Bayramov müharibənin başa çatmasına dair üçtərəfli bəyanatın əhəmiyyətindən də danışıb. O, qeyd edib ki, bu sənəd Azərbaycanı bir çox fəlakətlərdən qoruyub.

"Bu olmasaydı, çox fərqli ssenarilərlə üzləşə bilərdik. Məsələn, Kəlbəcər və Laçının müdafiəsi zamanı bilavasitə Ermənistan ərazisinə zərbələr endirilməli idi. Çünki bu rayonlar Ermənistanla sərhəddədir və biz həmin əraziləri azad edərkən mülki şəxslər də vurula bilərdi. Ermənistan isə KTMT üzvüdür. Biz həmin əraziləri silahla azad etsəydik, nə qədər itkilər verə bilərdik. Əgər biz sülhməramlıların yerləşdirilməsinə razı olmasaydıq, bütün dünyada çox təhlükəli ittihamlarla üzləşəcəkdik. Həmin dövr üçün üçtərəfli bəyanat ən doğru seçim idi", - deyə nazir vurğulayıb.

Oxşar xəbərlər

Azərbaycan və BƏƏ prezidentləri Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər
Növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb
Azərbaycan və BƏƏ prezidentləri Şuşada güllələnmiş heykəllərə baxıblar
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər