Bişkekdə əyləncə məkanlarının fəaliyyəti məhdudlaşdırılıb
Bişkek meriyası Qırğızıstanın "Sükut haqqında" qanununun icrası çərçivəsində paytaxtda bütün əyləncə obyektlərinin fəaliyyətinin yerli vaxtla saat 22:00-a qədər məhdudlaşdırıldığını açıqlayıb.
Far.Az "Report"a istinadən xəbər verir ki, yeni göstərişə əsasən, kafe, restoran, bar, klub, banket zalları və digər müəssisələrin rəhbərlərinə bütün bayram və mədəni-əyləncə tədbirlərinin keçirilməsini dayandırmaq və obyektlərin fəaliyyətini göstərilən vaxtdan gec olmayaraq başa çatdırmaq tapşırılıb.
Bundan əlavə, saat 22:00-dan sonra bütün enerji tutumlu cihazların, o cümlədən elektrik plitələrinin, qızdırıcıların və sobaların söndürülməsi tələb olunur. Yüksək səsli musiqi və parlaq işıqlandırma ilə tədbirlərin keçirilməsi də qadağandır.
Elektrik generatorlarından yalnız yaşayış binalarından uzaqda yerləşən obyektlərdə, qanunun tələblərinə riayət olunmaqla istifadə edilməsinə icazə verilir.
Rayon administrasiyaları və bələdiyyə müfəttişliyi birlikdə bu göstərişin icrasına nəzarət edəcək və mütəmadi reydlər keçirəcəklər.
Oxşar xəbərlər
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Bakının mərkəzində əyləncə məkanının fəaliyyəti dayandırıldı
Bakıda gecə əyləncə klubunun fəaliyyəti dayandırılıb
Paytaxtda sakinlər üçün təhlükə mənbəyi olan ÜNVANLAR - "Qorxu içində gəzirik"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"United Airlines" şirkətinin işində iri miqyaslı nasazlıq yaranıb
-
Pentaqon Yaxın Şərqdə 20-dən çox gəmi cəmləşdirib
-
"Bakcell" gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib
-
CNN: İran Vaşinqtonda Tramp administrasiyası rəsmilərinə hücumlar hazırlayır
-
Lənkəranda qaz xətti zədələnib, bir sıra kəndlər qazsız qalıb
-
"Sədərək" bazarında səssizlik: Alıcıları hara üz tutublar?













