"Haber Global" İlham Əliyevin D-8 Media Forumunun iştirakçılarına ünvanladığı müraciətə dair süjet hazırlayıb
Far.Az xəbər saytı

"Haber Global" İlham Əliyevin D-8 Media Forumunun iştirakçılarına ünvanladığı müraciətə dair süjet hazırlayıb


"Haber Global" telekanalı Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda "Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi" mövzusunda keçirilən D-8 Media Forumunun iştirakçılarına müraciət ünvanlanmasına dair süjet təqdim edib.

Süjetdə paytaxt Bakının daha bir mühüm tədbirə ev sahibliyi etdiyi vurğulanaraq, forumda səkkiz ölkədən 150-dən çox nümayəndənin iştirak etdiyi bildirilib.

Qeyd edilib ki, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev dövlət başçısı İlham Əliyevin forum iştirakçılarına müraciətini səsləndirib.

Müraciətində D-8 ölkələri arasında həmrəyliyin önəminə diqqət çəkildiyi bildirilir. İlham Əliyev əməkdaşlığın təkcə iqtisadi sahədə deyil, mədəniyyət, sosial və humaniyar sahələrdə də özünü göstərdiyini bildirib.

Dövlət başçısı dəyişən dünya ilə birlikdə medianın da tranformasiyadan keçdiyini vurğulayıb.

"Təəssüflər olsun ki, qlobal informasiya məkanında dezinformasiya, saxta xəbərlər, hibrid təhdidlər, "deepfake"lər, süni intellektin imkanlarından sui-istifadə və digər manipulyasiya halları dayanmadan artmaqdadır. Bu amillər ölkələrin imicinə, daxili həyatına ciddi təsir göstərməklə yanaşı bütövlükdə beynəlxalq sabitliyə zərbə vurur və ölkələr arasında etimadı sarsıdır. Bu səbəbdən, D-8 Media Forumunun əsas vəzifələrindən biri - doğru, qərəzsiz, obyektiv və məsuliyyətli informasiya mühitinin qurulması üçün üzv ölkələrin media qurumları arasında etibarlı əməkdaşlığın formalaşdırılmasıdır".

Daha ətraflı videoda:

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
"Regional sülh, əməkdaşlıq və Qarabağın dirçəlişinə strateji baxış" mövzusunda forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər