Türkiyə DİN rəsmisi: Zəngəzur dəhlizi bölgə və dünya iqtisadiyyatına önəmli töhfə verəcək
Far.Az xəbər saytı

Türkiyə DİN rəsmisi: Zəngəzur dəhlizi bölgə və dünya iqtisadiyyatına önəmli töhfə verəcək


Zəngəzur dəhlizi bölgə və dünya iqtisadiyyatına önəmli töhfə verəcək.

Far.Az report-a istinadən xəbər verir ki, bunu Türkiyə Daxili İşlər Nazirliyi (din) Vətəndaş cəmiyyəti ilə Əlaqələr Baş İdarəsinin direktor müavini Özcan Aygün Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumunda keçirilən "Zəngəzur dəhlizi: Türk coğrafiyasını birləşdirən körpü" adlı paneldə deyib.

Onun sözlərinə görə, Zəngəzur dəhlizinin tam gücü ilə işə salınması tarixi hadisə olacaq:

"Zəngəzur dəhlizi ilk növbədə ölkə və region, eləcə də dünya iqtisadiyyatına mühüm faydalar verəcək. Süveyş kanalının açılması həmin regionun dövlətlərinə və qlobal iqtisadiyyata böyük töhfələr vermişdisə, Zəngəzur dəhlizi qarşılıqlı fayda planında ciddi dəyişikliklərin başlanğıcı olacaq".

O vurğulayıb ki, Zəngəzur dəhlizinin açılması ilə ictimai və mədəni həyatda müsbət proseslər vüsət alacaq:

"Bu prosesə ən böyük töhfəni, şübhəsiz, bizim qeyri-hökumət təşkilatlarımız verəcək. QHT-lərimiz həm ölkə daxilindəki inkişafı dəstəkləyəcək, həm də region ölkələri ilə inteqrasiya yönündə fəaliyyətlər göstərərək irəliyə yol açacaqlar. Türk dünyasının geniş coğrafiyasında vətəndaş cəmiyyətinin güclənməsi həm də bölgəmizdə sülhün, inkişafın və sabitliyin möhkəm əsaslar üzərində qurulması deməkdir".

Oxşar xəbərlər

Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər