Naxçıvanda COP29-a həsr olunan tədbir keçirilib
Azərbaycanda keçiriləcək Birləşmiş Millətlər Təşkilatı (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən maarifləndirmə işləri davam etdirilir.
"Report"un yerli bürosu xəbər verir ki, sentyabrın 9-da bu münasibətlə keçirilən tədbirdə muxtar respublikanın ədliyyə naziri vəzifələrini icra edən nazir müavini, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, tabeli qurumların və bələdiyyələrin vəzifəli şəxsləri və əməkdaşları iştirak ediblər.
Tədbirdə Naxçıvan şəhər icra hakimiyyəti başçısının müavini, başçının vəzifələrini icra edən Əhməd Vəliyev və muxtar respublika ədliyyə nazirinin müavini, nazir vəzifələrini icra edən Hüseyn Səfərov çıxış edərək COP-un növbəti iclasının Azərbaycanda keçirilməsinin yaşıl və təhlükəsiz gələcək üçün əhəmiyyətini vurğulayıblar.
Daha sonra Naxçıvan Televiziyasının COP-la bağlı hazırladığı videoçarx nümayiş olunub, iştirakçılara maarifləndirici broşürlər paylanıb.
Oxşar xəbərlər
“COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarı keçirilib - YENİLƏNİB
"COP29 üçün effektiv kommunikasiya strategiyaları" mövzusunda media seminarı keçirilib
COP29 ərəfəsində media üçün effektiv kommunikasiya strategiyaları mövzusunda seminar təşkil edilib
COP29 ərəfəsində media üçün effektiv kommunikasiya strategiyaları mövzusunda seminar təşkil edilib - FOTO
Sentyabr ayının hava proqnozu açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
WSJ: Ağ Ev rəhbərinə İrana yeni zərbələrlə bağlı variantlar təqdim edilib
-
"Mançester Yunayted"in baş məşqçisi: Mənə heç bir zəmanət lazım deyil
-
Yeni Suraxanı-Hövsan dəmiryol xətti bərpa ediləcək, layihələndirmə işlərinin 30 %-i yekunlaşıb
-
Bitkoinin qiyməti kripto bazarda kütləvi ləğvlər fonunda 79 min dollardan aşağı düşüb
-
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edilib
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (30.10.2026)













