BƏƏ Prezidenti Fərid Əhmədovu qəbul edib
Far.Az xəbər saytı

BƏƏ Prezidenti Fərid Əhmədovu qəbul edib


Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycanın ədliyyə naziri Fərid Əhmədovu qəbul edib.

Far.Az report-a istinadən xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən bildirilib.

Bildirilib ki, Fərid Əhmədov, ilk növbədə, Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını BƏƏ dövlət başçısına çatdırıb. Şeyx Məhəmməd bin Zayed Al Nəhyan da öz növbəsində salamlarını və dərin ehtiramını Azərbaycan dövlət başçısına çatdırmağı xahiş edib.

Əbu-Dabidə baş tutan qəbul zamanı Azərbaycan və BƏƏ prezidentlərinin təşəbbüsləri sayəsində iki ölkə arasında münasibətlərin bütün istiqamətlər üzrə strateji tərəfdaşlıq səviyyəsində olduğu diqqətə çatdırılıb.

Ölkə başçılarının əldə etdiyi razılıqlar əsasında iki ölkənin ədliyyə nazirlikləri arasında imzalanmış mülki və ticarət işləri üzrə, eləcə də cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım və ekstradisiya haqqında müqavilələr çərçivəsində əməkdaşlığın həyata keçirildiyi vurğulanıb. Ədliyyə sahəsində sıx əməkdaşlığın ölkələr arasında əlaqələrin daha da genişləndirilməsi işinə töhfə verdiyi qeyd edilib.

Söhbət zamanı iki ölkə arasında hüquqi, eləcə də ədliyyə sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün imkanların olduğu diqqətə çatdırılıb.

Oxşar xəbərlər

İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib
BƏƏ Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
Azərbaycan və BƏƏ prezidentləri Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər