TDT çərçivəsində ortaq seriallar və uşaq kontenti yaradıla bilər
"Qazaxıstan Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində media əməkdaşlığının genişləndirilməsi üçün bir sıra təşəbbüslər irəli sürüb".
Far.Az "Report"a istinadən xəbər verir ki, bunu Qazaxıstan mədəniyyət və informasiya nazirinin müavini Kanat İskakov Bakıda keçirilən TDT-nin Media və İnformasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 7-ci toplantısında bəyan edib.
K.İskakovun sözlərinə görə, əsas addım təşkilata üzv ölkələrin teleməhsullarına çıxışının genişləndirilməsi olmalıdır.
O, həmçinin milli televiziya kanallarının qarşılıqlı yayımının mümkün qədər geniş auditoriya üçün təmin edilməsinin vacibliyini vurğulayıb: "Kontent mübadiləsi olmadan və ölkələrimizdə televiziya kanalları yayımlanmadan əməkdaşlıq səmərəli olmayacaq. Biz bunu aydın başa düşməli və bu istiqamətdə irəliləməliyik".
Nazir müavinin sözlərinə görə, ikinci təşəbbüs birgə kontent istehsalının artırılması olmalıdır: "Buraya bədii seriallar, sənədli layihələr, həmçinin TDT ölkələrinin turizm, mədəniyyət və investisiya imkanları haqqında proqramlar daxildir".
K.İskakov üçüncü prioritet kimi türk dillərində keyfiyyətli uşaq kontentinin yaradılması üzrə dövlətlərarası layihələrin işə salınmasını qeyd edib. O hesab edir ki, bu da yeni nəslin mədəni inkişafına töhfə verəcək.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu













