Bakıda rəqəmsal əlçatanlığın inkişafı üzrə beynəlxalq plan qəbul edilib
Bakıda keçirilən Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının (WTDC-25) yekunlarına əsasən, Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) üzv dövlətləri planetin bütün sakinləri üçün rabitə əlçatanlığının təmin edilməsi üzrə qlobal yol xəritəsinin qəbul edilməsi barədə razılığa gəlib.
Far.Az "Report"a istinadən xəbər verir ki, WTDC-25-də təsdiqlənən Bakı Fəaliyyət Planı, telekommunikasiya və informasiya-kommunikasiya texnologiyalarına əsaslanan insanyönümlü rəqəmsal inkişafın əsasını formalaşdırır.
Sənəddə inkişaf etməkdə olan ölkələrin, kifayət qədər bağlantısı olmayan regionların və həssas əhali qruplarının ehtiyaclarına xüsusi diqqət yönəldilib.
WTDC-25-in əsas yekun sənədinə ITU-nun rəqəmsal inkişaf sahəsində gələcək işini müəyyən edən yenilənmiş və yeni qətnamələr, həmçinin ITU-nun Telekommunikasiya İnkişafı Sektoru (ITU-D) üçün tövsiyələr daxildir. Bundan əlavə, plan ITU-D regionlarında rəqəmsal inkişafın əsas problemlərini həll etməyə yönəlmiş yeni təşəbbüslərin başlanılmasını nəzərdə tutur və ekspert tədqiqat qruplarınun nəzərdən keçirəcəyi yenilənmiş mövzuları müəyyən edir.
Oxşar xəbərlər
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Bakıda ITU-nun Regional Akselerasiya Mərkəzi açılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu













