AQTA "Kəndli" bazarında nöqsanlar aşkarlayıb
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşlarının keçirdiyi monitorinqi nəticəsində Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi 14 ünvanında yerləşən "Bestoll Lüks" MMC-yə məxsus "Kəndli" bazarında keçirilən monitorinq zamanı bir sıra nöqsanlar aşkarlanıb.
BAKU.WS-ə Agentlikdən verilən məlumata görə, bazarda müşayiətedici sənədləri olmayan kustar üsullarla hazırlanmış turşu, mürəbbə və marinad edilən məhsulların, həmçinin ekspertiza aktları, istehsalçısı və mənşəyi məlum olmayan süd məhsullarının satışının həyata keçirildiyi müəyyən edilib.
Bundan başqa, müvafiq sənədləri olmadan toyuq və mal ətlərinin, açıq hava şəraitində temperatur rejimi gözlənilmədən saxlanılan balıq məhsullarının satışa çıxarıldığı aşkar olunub. Ət satışı mağazasında isə məhsulun açıq şəkildə soyuducudan kənar temperatur rejimi pozularaq saxlanıldığı və sanitariya-gigiyena normalarına riayət edilmədiyi müəyyənləşib. Eyni zamanda, həmin müəssisədə qanunsuz olaraq iri və xırdabuynuzlu heyvanların saxlanıldığı və kəsiminin həyata keçirildiyi müəyyən edilib.
Bazara məxsus ərazidə həmçinin daşınma sənədləri olmadan çoxlu sayda diri toyuğun satışı aşkarlanıb. Bazarda tullantıların vaxtı-vaxtında kənarlaşdırılmadığı və toplandığı yerin isə satış sahələrinə yaxın olduğu müşahidə edilib.
Sahibkara icrası məcburi göstərişlər verilib.
Faktla bağlı araşdırmalar davam edir.
Qalereya
Oxşar xəbərlər
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Ev şəraitində baş verən zəhərlənmə və 162 şübhəli müraciət: Yayda nədən uzaq durmalıyıq?
"8-ci km" bazarında nöqsanlar aşkarlanıb
Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb
Bakıda balıq yarmarkası fəaliyyətə başladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FNC BOKT maliyyə vəziyyətini açıqlayıb
-
Azərbaycana Amerikadan turist axını 4 %-dən çox artıb
-
Makqreqor beş ayda 12 dəfə dopinq testindən keçib
-
"Neo" BOKT ötən ili zərərlə başa vurub
-
Litva xarici işlər naziri məlumat sızmasının qurbanı olub
-
Yaponiya və Cənubi Koreya 9 illik fasilədən sonra dəniz təlimlərini bərpa edəcəklər













