Radikal və destruktiv fəaliyyətin vaxtında aşkarlanması və qarşısının alınması xüsusi əhəmiyyət kəsb edir
Azərbaycanın milli maraqları hər şeydən üstündür və dövlət təhlükəsizliyi dönməz prinsipdir.
Bunu "Report"a Milli Məclisin deputatı Səbinə Salmanova deyib.
O qeyd edib ki, regionda baş verə biləcək xarici təsirlər və daxili siyasi təsir cəhdləri fonunda, radikal və destruktiv fəaliyyətin vaxtında aşkarlanması və qarşısının alınması xüsusi əhəmiyyət kəsb edir.
Onun sözlərinə görə, uzun illər siyasi proseslərdə mühüm rol oynamış və müxtəlif çevrələr üzərindən təsir imkanlarına malik olan Ramiz Mehdiyev, həmçinin radikal mövqedən çıxış edən AXCP kimi qurumlar, ölkənin maraqlarına qarşı yönəlmiş potensial fəaliyyətlər baxımından xüsusi diqqətdə saxlanmalıdır:
"Hesab edirəm ki, belə qüvvələrin fəaliyyətini vaxtında aşkarlamamaq və qarşısını almamaq dövlət təhlükəsizliyi üçün ciddi riskdir. Hər hansı siyasi qrup və ya şəxs, hansısa motivlə Azərbaycanın milli maraqlarına qarşı hərəkət etmək istəyirsə, onunla bağlı dövlətin hüquqi mexanizmləri çərçivəsində qəti və sərt tədbirlər görüləcək. Bu, yalnız siyasi stabilliyi təmin etmək üçün deyil, həm də Azərbaycanın regional mövqeyini qorumaq üçün həyati vacibdir".
S.Salmanova bildirib ki, xarici təsirlərə açıq olan, destruktiv və radikal mövqeyi ilə çıxış edən bütün qüvvələr qarşısında dövlət mövqeyi dəyişməz və sərt olacaq:
"Milli maraqlar güzəşt mövzusu deyil. Dövlətin təhlükəsizliyi hər bir fərd və qurumdan üstündür. Azərbaycanın sabitliyi və gələcəyinə qarşı yönəlmiş hər bir addımın vaxtında və qətiyyətlə qarşısı alınacaq, heç kim milli maraqlarımıza zərər verə bilməz".
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ramiz Mehdiyevin dövlət çevrilişi planı necə ifşa olunub? - Cinayət işinin DETALLARI
Ramiz Mehdiyevlə birgə susqunluğa qərq olan AXCP-Müsavat cütlüyü
Sabirabadda "Dinin siyasiləşməsi və məzhəbçilik: milli kimliyə yönəlmiş təhdid kimi" mövzusunda regional konfrans keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
Tramp İranla münaqişənin tezliklə həll olunacağına ümid edir
-
"DOST to DOST" layihəsi çərçivəsində könüllülərin İsmayıllıya infoturu təşkil olunub
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
Sahilboyu ərazilərdə torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi rəqəmsallaşdırılacaq
-
ASCO-nun "Xocalı" gəmisi Çində texniki yoxlamadan keçdi, sertifikatları yeniləndi













