Azərbaycanla Gürcüstan arasında bir sıra sahələr üzrə əməkdaşlıq müzakirə edilib
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının Vyana şəhərində keçirilən 32-ci iclası çərçivəsində Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili ilə görüşüb.
Far.Az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Görüş zamanı Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin bütün istiqamətlər üzrə inkişaf dinamikası müsbət qiymətləndirilib, iki ölkə arasında dostluq, qarşılıqlı dəstək və mehriban qonşuluq prinsiplərinə əsaslanan əməkdaşlığın regionda sabitlik və inkişaf üçün mühüm rol oynadığı qeyd edilib.
Həmçinin ikitərəfli iqtisadi və ticarət əlaqələri, o cümlədən enerji, nəqliyyat-logistika istiqamətlərində indiyədək həyata keçirilmiş müştərək strateji layihələr barədə fikir mübadiləsi aparılıb. Regionda nəqliyyat-kommunikasiya dəhlizlərinin gücləndirilməsinin hər iki ölkənin, eləcə də bütün regionun rifahı üçün strateji əhəmiyyəti vurğulanıb.
C.Bayramov Vaşinqton sammitindən sonra sülh prosesi ilə bağlı ətraflı məlumat verib. Vaşinqtonda əldə olunmuş razılıqların regionda sülh gündəliyinin irəliləməsi baxımından mühüm dönüş nöqtəsi olduğu vurğulanıb, ölkəmizin proses çərçivəsində gözləntiləri diqqətə çatdırılıb.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qalereya
Oxşar xəbərlər
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu













