Şamil Ayrım: Qərbi azərbaycanlıların qayıdışı sülhün əsas şərtlərindəndir
Qərbi azərbaycanlıların qayıdışı və onların mədəni abidələrinin bərpası sülhün əsas şərtlərindəndir.
Far.Az report-a istinadən verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım "Mədəni irs və qayıdış hüququ" mövzusunda keçirilən beynəlxalq konfransda söyləyib.
Onun sözlərinə görə, beynəlxalq hüquq hər bir insanın öz yurduna qayıdış haqqını özündə ehtiva edir:
"Bu mənada Ermənistandan zorla çıxarılan azərbaycanlıların qayıdışının təmin olunması onların təməl hüququdur. Yüz illər ərzində azərbaycanlılara məxsus həmin ərazilərdəki tarixi və mədəni abidələr məhv edilib. Azərbaycanın aşıq və xalçaçılıq sənəti tamamilə yox edilib. Bu isə xalqın mənəvi bağlarına ciddi ziyan vurur".
Türkiyəli deputat bildirib ki, beynəlxalq hüquq mədəni mirasın qorunmasını insan haqlarının bir parçası olaraq tanıyır:
"Müharibələrdən sonrakı sülh həm də mədəni-tarixi abidələrə göstərilən hörmətlə mümkündür. Bu səbəblə qərbi azərbaycanlıların qayıdışı və onların mədəni abidələrinin bərpası sülhün əsas şərtlərindəndir. Ermənistan 30 il ərzində işğal etdiyi əraziləri də darmadağın etmişdi. Azərbaycan isə bu gün Qarabağda yeni yollar, hava limanları, evlər inşa edir. Çünki bu torpaq Azərbaycan torpağıdır".
Oxşar xəbərlər
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Leyla Əliyeva Şuşa məscidi üçün hazırlanan dünya xalçaçılıq tarixinin ən böyük dairəvi xalçası ilə tanış olub
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident Azərbaycanda sosial müavinətləri artırdı - FƏRMAN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Tramp İranla münaqişənin tezliklə həll olunacağına ümid edir
-
FTB ABŞ-nin Yunanıstandakı keçmiş səfirinin fəaliyyətini araşdırır













