Türkiyə gəmisinin Odessa limanında Rusiyanın hücumuna məruz qalmasına münasibət bildirib
Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Odessanın Çernomorsk limanında bu ölkəyə aid yükdaşıma gəmisinin Rusiyanın raket hücmuna məruz qalmasına münasibət bildirib.
"Far.Az" xəbər verir ki, nazirlik Rusiya-Ukrayna müharibəsinin Qara dənizin təhlükəsizliyini risk altında qoyduğu vurğulayıb.
"Bununla da əvvəlki narahatlıqlarımız bir daha təsdiqini tapıb. İlk məlumata görə, gəminin şəxsi heyəti və TIR sürücüləri təxliyə edilib. Vətəndaşlarımız arasında zərərçəkən yoxdur. Odessadakı Baş Konsulluğumuz vəziyyəti nəzarətdə saxlayır. Bu hücumdan sonra Rusiya-Ukrayna savaşının sona çatdırılmasının əhəmiyyətli olduğunu bir daha vurğulayır, Qara dənizdə təhlükəsizliyi təmin etmək, enerji və limanlara hücumların qarşısını almaq üçün mexanizmin hazırlanmasına ehtiyac olduğunu xatırladırıq".
Qeyd edək ki, Türkiyə şirkətinə məxsus yükdaşıma gəmisi Odessanın Çernomorsk limanında Rusiyanın raket hücumuna məruz qalıb.
Oxşar xəbərlər
I Qarabağ müharibəsinin daha üç itkin-şəhidi dəfn olunub
Birinci Qarabağ müharibəsinin itkin şəhidi Abdulla Quliyevlə vida mərasimi keçirilib
Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Mübariz Şahmurov dəfn olunub
Nazirlik bu yanacaqdoldurma məntəqəsinin fəaliyyətini dayandırdı
İmişlidə I Qarabağ müharibəsinin itkin-şəhidi Elçin Heydərov dəfn edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
FTB ABŞ-nin Yunanıstandakı keçmiş səfirinin fəaliyyətini araşdırır
-
Tramp İranla münaqişənin tezliklə həll olunacağına ümid edir
-
Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin cari gündəliyi müzakirə olunub













