Çilidə mühafizəkar Xose Antonio Kast prezident seçkilərinin ikinci turunda öndədir
Müxalif mühafizəkar siyasətçi Xose Antonio Kast Çilidə prezident seçkilərinin ikinci turunda öndədir.
"Far.Az" xəbər verir ki, bunu ölkənin Seçki Xidmətinin məntəqələrin 83,43 %-nin səslərinin hesablanmasından sonra dərc etdiyi nəticələr göstərir.
Nəticələrə əsasən seçicilərin 58,61 %-i Kasta səs verib. Onun rəqibi, hakim "Çili üçün birlik" sol-mərkəz koalisiyasını təmsil edən Janett Xaruya seçicilərin 41,39 % səs verib.
Sonuncu öz növbəsində rəqibini ikinci turda qələbə münasibətilə təbrik edibr.
"Mən indicə yeni seçilmiş prezident Xose Antonio Kastla danışıb ona Çilinin rifahı naminə uğurlar arzulayıram", - o, "X"də yazıb.
Kast hökumətin iqtisadiyyata müdaxiləsinin azaldılmasını, cinayətkarlıq və qanunsuz miqrasiya ilə mübarizədə daha sərt tədbirlərin görülməsinin tərəfdarıdır. O, korporativ vergiləri azaltmağı, dövlət xərclərini azaltmağı və Boliviya ilə sərhəd boyunca hasarlar qurmağı vəd edir.
Oxşar xəbərlər
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Çilidə prezident seçkilərinin ikinci turu keçirilir
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Alim Nəbiyev MMA-də növbəti qələbəsini qazanıb, rəqibini 1-ci raundda nokaut edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bərdədə yeni ailə quran qadın öldü: Ailəsi şübhəli məqamların olduğunu iddia edir
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
-
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
-
"Mançester Yunayted" antirekord müəyyənləşdirib
-
İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək
-
The Washington Post: İran ABŞ qüvvələrinə qarşı əməliyyatlarda Maskın Starlink sistemindən istifadə edib













