Bakıda "Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər" mövzusunda konfrans keçirilir
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə dekabrın 15-də Bakı şəhərində "Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər" mövzusunda konfrans keçirilir.
Far.Az xəbər verir ki, konfrans yeniyetmə və gənclərin sağlam dini biliklərə yiyələnməsi, milli-mənəvi dəyərlərə və Vətənə sədaqət ruhunda böyüməsi, eyni zamanda yad dini-ideoloji təsirlərdən qorunması istiqamətində maarifləndirmə işlərinin sistemli təşkili məqsədi daşıyır.
Tədbirdə Elm və Təhsil Nazirliyinin, eləcə də Dövlət Komitəsinin rəhbərliyi, Milli Məclisin deputatları, Azərbaycan İlahiyyat İnstitutunun məsul şəxsləri, mütəxəssislər, Bakı şəhəri üzrə orta məktəblərin psixoloq və müəllimləri iştirak edir.
Konfransın "Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi: pedaqoji yanaşmalar və müasir təlim modelləri" və "Dini fanatizm, xurafat və radikalizmlə mübarizədə məktəbin maarifləndirici missiyası" adlı panellərində müvafiq dövlət qurumlarının nümayəndələrinin və mütəxəssislərin çıxışları dinləniləcək, müzakirələr aparılacaq.
Oxşar xəbərlər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Qarabağ Universitetində "Mənəvi dəyərlər" günü keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Sabirabadda "Dinin siyasiləşməsi və məzhəbçilik: milli kimliyə yönəlmiş təhdid kimi" mövzusunda regional konfrans keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu













