Vəfa Yaqublu: Məktəblərdə dinin tədrisi dövlət təhsil standartları çərçivəsində gündəmə gətirilə bilər
Məktəblərdə din və mənəviyyatla bağlı ayrıca fənn yaradılması dövlət təhsil standartları çərçivəsində gündəmə gətirilə bilər.
"Report" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu "Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər" mövzusunda keçirilən konfransda çıxışında deyib.
Onun sözlərinə görə, dövlət standartları adlı sənəddə açıq şəkildə şagirdlərin orta təhsil müddətində hansı bilik, bacarıq və dəyərləri hansı səviyyədə mənimsəmələri göstərilir:
"Belə bir dəyişiklik və ya əlavənin edilməsi üçün ümummilli səviyyədə qəbul olunmuş qərar olmalı, bu qərar müvafiq qaydada müzakirə edilərək normativ sənəd kimi təsdiqlənməlidir. Əgər bu sahəyə ciddi ictimai maraq mövcuddursa, məsələ əsaslandırılmış və elmi yanaşma ilə gündəmə gətirilə bilər".
V.Yaqublu həmçinin bildirib ki, hazırda dövlət təhsil standartları yenilənmə mərhələsindədir:
"Bu kontekstdə mövcud təklifləri rəsmi şəkildə təqdim etmək mümkündür. Bu təkliflər cəmiyyətin ayrı-ayrı təbəqələri, vətəndaş təşəbbüsləri və ya müvafiq qurumlar tərəfindən irəli sürülə bilər".
Oxşar xəbərlər
Sabirabadda "Dinin siyasiləşməsi və məzhəbçilik: milli kimliyə yönəlmiş təhdid kimi" mövzusunda regional konfrans keçirilib
Leyla Əliyeva Türkmənistanda beynəlxalq konfransda iştirak edib
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Məktəblərdə psixoloqların fəaliyyəti qaneedicidir?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TƏBİB-in yeni rəhbəri kimdir?
-
Azərbaycan güləşçisi Həsrət Cəfərov dünya çempionatını medalsız başa vurub
-
Bakıda kişi paltaryuyan maşına görə arvadını döydü
-
AIREX 2026-ya sayılı günlər qaldı: Yeni evinizi və ya növbəti investisiya fürsətinizi kəşf edin!
-
ABŞ-ın İrana qarşı hərbi əməliyyatının xərcləri 47,1 milyard dollara çatıb
-
İki gəncin ölümünə görə həbs edilən sürücü 3 gün sonra niyə evə buraxıldı?













